reklam
Yeganə azərbaycanlı iki rusiyalıdan birini uddu
Sportfm.az xəbər saytı

Yeganə azərbaycanlı iki rusiyalıdan birini uddu


Almaniyanın paytaxtı Berlindəki İddiaçılar Turnirində VI turun oyunları keçirilib.

Sportfm.az xəbər verir ki, Azərbaycanın yeganə təmsilçisi Şəhriyar Məmmədyarov ağ fiqurlarla rusiyalı Vladimir Kramniklə qarşılaşıb. Rəqib 64-cü gedişdə təslim olub.

Bununla da Məmmədyarov turnirdə ikinci qələbəsini qazanıb. O, ilk turda İddiaçılar Turnirinin ötən qalibi, rusiyalı Sergey Karyakini yenib.

İddiaçılar Turniri, VI tur

Fabiano Karuana (ABŞ) – Aleksandr Qrişuk (Rusiya) - 0.5:0.5

Uesli So (ABŞ) – Levon Aronyan (Ermənistan) - 1:0

Din Lirjen (Çin) – Sergey Karyakin (Rusiya) - 0.5:0.5

Şəhriyar Məmmədyarov (Azərbaycan) – Vladimir Kramnik (Rusiya) 1:0

Qeyd edək ki, hazırda Məmmədyarov və Karuana hərəyə 4 xalla turnir cədvəlinə başçılıq edirlər. Qrişuk, Lijen və Kramnik hərəyə 3 xalla 3 - 5-ci, Aronyan və So hərəyə 2.5 xalla 6-7-ci, Karyakin isə 2 xalla 8-ci yerdədir.

Oxşar xəbərlər

Ağ fiqurlar Məmmədyarova qələbə gətirəcəkmi?
Məmmədyarov xallarının sayını 3-ə çatdırdı
Qara fiqurlarla başlanğıc onun üçün uğurlu oldu
Şəhriyar erməni şahmatçı ilə mübarizəyə başlayır
Məmmədyarov şahmat tacına iddiaçılar sırasında

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər