Vüqar Həşimov yad edildi -FOTO
Yanvarın 11-də Azərbaycanın tanınmış şahmatçısı, beynəlxalq qrossmeyster Vüqar Həşimovun əbədiyyətə qovuşmasından dörd il ötür.
Sportfm.az xəbər verir ki, bununla əlaqədar Binəqədi Rayon Gənclər Evində Vüqar Həşimovun xatirəsinə həsr olunan “ASAN” könüllüləri arasında sayca üçüncü şahmat turniri təşkil edilib.
Turnirin açılışında Binəqədi rayon gənclər və idman idarəsinin rəis müavini Sevinc Süleymanova, “ASAN Könüllüləri” Təşkilatının sədri Bəxtiyar İslamov, Binəqədi Rayon İcra Hakimiyyətinin əməkdaşı Həmidə Əşrəfova və Vüqarın bacısı, Azərbaycan Dövlət İnformasiya Agentliyinin əməkdaşı Samirə Allahverdiyeva çıxış edərək beynəlxalq qrossmeysterin qazandığı nailiyyətlərdən danışıblar.
Çıxışlardan sonra turnirə start verilib. Dairəvi sistem üzrə beş turdan ibarət yarışda hər birinin heyətində dörd könüllü olan altı komanda mübarizəyə qoşulub.
Oxşar xəbərlər
Vüqar Həşimovun xatirə turniri baş tutacaq - dekabrda
Vüqar Həşimovun xatirə turniri bərpa olunur
Vüqar Həşimovun xatirəsi anıldı - Vəfatının yeddinci ildönümü
Taekvondoçular bu dəfə Ağsuda toplandı - FOTO
Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turniri start götürdü
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası