Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turniri start götürdü
İyulun 24-ü Azərbaycanın məşhur şahmatçısı, mərhum Vüqar Həşimovun doğum günüdür. Beynəlxalq qrossmeyster yaşasaydı, bu gün 31 yaşı tamam olacaqdı.
Sportfm.az xəbər verir ki, bu münasibətlə iyulun 24-də parlaq zəka sahibi Vüqar Həşimovun xatirəsinə həsr olunan 8-10-12 yaşadək uşaqlar arasında beynəlxalq şahmat turnirinə start verilib.
Turnirin iştirakçıları əvvəlcə ikinci Fəxri xiyabanda Vüqar Həşimovun məzarını ziyarət edərək onun xatirəsinə dərin ehtiramlarını bildiriblər. Vüqar Həşimovun komanda yoldaşları Avropa çempionunun keçdiyi həyat yolundan və şahmat yarışlarında qazandığı nailiyyətlərdən danışıblar.
Vüqarın atası Qasım Həşimov açılış mərasimində çıxış edərək turnirin əhəmiyyətindən danışıb: "Vüqar hər zaman arzulayırdı ki, Azərbaycanda uşaqlar arasında beynəlxalq şahmat turniri keçirilsin. Bu gün siz belə turnirlərdə iştirak etməklə bacarığınızı artırırsınız. Vüqarın xatirə turniri uşaqlar arasında artıq ikinci ildir keçirilir. Ümid edirəm ki, bu turnir hər il ənənəvi olaraq keçiriləcək. Vüqarın qısa, lakin şərəfli ömür yolu gənc şahmatçılarımıza nümunə olmalıdır. Bütün iştirakçılara uğurlar arzulayıram. Qoy, güclü qalib gəlsin”.Azərbaycan, Rusiya və Birləşmiş Ərəb Əmirliklərindən 74 şahmatçının iştirak etdiyi turnir İsveçrə sistemi üzrə 9 turdan ibarət olacaq. Avqustun 1-dək davam edəcək mübarizəyə Azərbaycan, dünya və Avropa birinciliklərinin mükafatçıları, beynəlxalq əmsalı 1700-dən yüksək olan şahmatçılar qoşulublar.
Beynəlxalq turnirin reytinq favoriti Azərbaycan şahmatçısı Xəzər Babazadədir.
Oxşar xəbərlər
Bu gün mərhum şahmatçımız Vüqar Həşimovun anım günüdür
Vüqar Həşimovun xatirə turniri baş tutacaq - dekabrda
Vüqar Həşimovun xatirə turniri bərpa olunur
Vüqar Həşimovun xatirəsi anıldı - Vəfatının yeddinci ildönümü
Xatirə turnirində 3-cü tura yekun vuruldu
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
31-ci turun təyinatları açıqlandı - Premyer Liqa
-
"Şimal" yenə məğlub olmadı, "Şəfa" çempionluğu rəsmiləşdirə bilmədi - Birinci Liqa
-
Millimiz Litvaya uduzdu
-
“Neftçi” transfer qadağasının tezliklə ləğv olunacağına ümid edir
-
AMADA antidopinq yeniliklərini federasiyalara açıqladı
-
Bu gün finalçılar bəlli olacaq - Konfrans Liqası















Misli Premyer Liqası