Vüqar Həşimovun xatirə turniri bərpa olunur
Azərbaycanın mərhum şahmatçısı, Avropa çempionu, beynəlxalq qrossmeyster Vüqar Həşimovun xatirəsinə həsr olunan sayca 7-ci beynəlxalq şahmat superturniri keçiriləcək.
Sportfm.az xəbər verir ki, Vüqar Həşimov Şahmat Fondunun təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının dəstəyi, SOCAR-ın sponsorluğuyla baş tutacaq Memorial dekabrın 17-də start götürəcək.
VII Vüqar Həşimov Memorialı rapid və blits üzrə təşkil olunacaq. 8 şahmatçının mübarizə aparacağı yarış Bakıda keçiriləcək. Turnirə “Fairmont Baku” oteli ev sahibliyi edəcək.
İlk dəfə 2014-cü ildə baş tutan Vüqar Həşimov Memorialı Şəmkirdə keçirilib. Hazırkı dünya çempionu Maqnus Karlsen 4 (2014, 2015, 2018, 2019), Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov isə 2 dəfə (2016, 2017) turnirin qalibi olub.
2020-ci ildəki yarış koronavirus pandemiyası səbəbindən baş tutmayıb.
Qeyd edək ki, Vüqar Həşimov Memorialının yeni loqosu Vüqar Həşimovun silueti əsasında hazırlanıb. Qara fonda ağ tonda təqdim olunan Vüqar Həşimovun silueti əlavə detallar olmadan, yalnız kənar cizgilərinin birrəngli təsviri əsasında yaradılıb.
Oxşar xəbərlər
Qəbələdə superturnir olacaq
“Vüqar Həşimov Memorial-2023” Qəbələdə keçiriləcək
“Vüqar Həşimov Memorialı-2022”yə start verildi
Vüqar Həşimov Memorialında iştirakçılır məlum oldu - SİYAHI
Vüqar Həşimovun xatirə turniri baş tutacaq - dekabrda
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin
Digər xəbərlər
-
31-ci turun təyinatları açıqlandı - Premyer Liqa
-
"Şimal" yenə məğlub olmadı, "Şəfa" çempionluğu rəsmiləşdirə bilmədi - Birinci Liqa
-
Millimiz Litvaya uduzdu
-
“Neftçi” transfer qadağasının tezliklə ləğv olunacağına ümid edir
-
AMADA antidopinq yeniliklərini federasiyalara açıqladı
-
Bu gün finalçılar bəlli olacaq - Konfrans Liqası















Misli Premyer Liqası