reklam
Taekvondoçular bu dəfə Ağsuda toplandı -
Sportfm.az xəbər saytı

Taekvondoçular bu dəfə Ağsuda toplandı -FOTO


Ağsuda rayon icra hakimiyyətinin və Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Azərbaycanın Milli qəhrəmanları Yusif Əliyevin və Şamil Ramazanovun xatirəsinə həsr olunan taekvondo idman növü üzrə uşaqlar və yeniyetmələr arasında açıq rayon birinciliyinə start verilib.

Sportfm.az xəbər verir ki, Pirhəsənli kənd tam orta məktəbin idman zalında təşkil olunan birincilikdə 8 şəhər və rayondan - Bakı, Ağsu, Göyçay, Qəbələ, Saatlı, Yevlax, Şamaxı və Qaradağdan, ümumilikdə, 12 komanda iştirak edib. Yarışlarda 2 yaş qrupu üzrə, 30 çəki dərəcəsində 126 idmançı qüvvəsini sınayıb.

Açılış mərasimində dövlət himni səsləndirilib. Rayon icra hakimiyyətinin başçısı Ənvər Seyidəliyev çıxış edərək idmançılara uğurlar arzulayıb, Prezident İlham Əliyevin idmana göstərdiyi diqqət və qayğıdan, Azərbaycanın idman uğurlarından danışıb.

Sonra yarışlara start verilib. Gərgin idman mübarizəsi şəraitində keçən yarışların ilk günündə ayrı-ayrı çəki dərəcəsi üzrə I, II və III yerləri tutan oğlan və qızlardan ibarət yeniyetmə idmançılara Ağsu rayon Gənclər və İdman İdarəsinin diplomları təqdim olunub.

Açıq rayon birinciliyi üç gün davam edəcək.(azərtac)

Oxşar xəbərlər

"Açıq Əyləncəli Futbol Məktəbi” layihəsi baş tutdu - FOTO
Sabirabadda yunan-Roma güləşi üzrə zona birinciliyinin açılışı oldu
Kikboksçular Bərdədə yarışdı
Biləsuvar rayonunda veloyürüş keçirildi
Azərbaycan Kooperasiya Universitetinin komandası mini futbol turnirinin qalibi oldu - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər