reklam
Vüqar Həşimovun xatirəsi anıldı -
Sportfm.az xəbər saytı

Vüqar Həşimovun xatirəsi anıldı -Vəfatının yeddinci ildönümü


Azərbaycanın məşhur şahmatçısı, Avropa çempionu qrossmeyster Vüqar Həşimovun vəfatının yeddinci ildönümü ilə əlaqədar doğmaları, yaxınları ilə birgə yeniyetmə şahmatçılar da mərhum qrossmeysterin məzarını ziyarət edib, xatirəsini anıblar.

Sportfm.az xəbər verir ki, V.Həşimovun ilk məşqçisi Anar Allahverdiyev anım mərasimində çıxış edərək onun qısa, lakin uğurlu karyerasından danışıb. Qeyd olunub ki, hər ilin aprelində Şəmkirdə Vüqar Həşimovun xatirəsinə həsr olunan nüfuzlu beynəlxalq şahmat turniri keçirilir.

“Vüqar Həşimov” şahmat klubunun üzvləri, yeniyetmələrin şahmat olimpiadasının qalibləri Aydın Süleymanlı və Əhməd Əhmədzadə V.Həşimovun həyat yolunun gənclərə nümunə olduğunu bildiriblər.

Mərhum şahmatçının atası Qasım Həşimov Vüqarın hər zaman Azərbaycanın idman şərəfini layiqincə qorumağa çalışdığını deyib.

Oxşar xəbərlər

Vüqar Həşimovun xatirə turniri baş tutacaq - dekabrda
Vüqar Həşimovun xatirə turniri bərpa olunur
Vüqar Həşimov Şahmat Akademiyası rəsmi olaraq təsdiqləndi - FIDE
Vüqar Həşimovun adına klub təsis edildi
Vüqar Həşimovun xatirəsinə həsr olunan beynəlxalq şahmat turniri start götürdü

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər