reklam
Kevin Ramires:“Yığmanıza asanlıqla təslim olmaq fikrimiz yoxdur” - ÖZƏL
Sportfm.az xəbər saytı

Kevin Ramires:“Yığmanıza asanlıqla təslim olmaq fikrimiz yoxdur” - ÖZƏL


Növbəti il Sloveniyada baş tutacaq Avropa çempionatının qrup mərhələsində millimizin rəqibləri turnirin favoriti İspaniya və Xorvatiya kimi güclü yığmanı yolundan kənarlaşdıran Fransa oldu. “Üçrənglilər”in lideri olan ispan əsilli Kevin Ramires Sportfm.az saytına qrupdakı rəqiblər və qitə çempionatı haqda danışıb.
- İlk dəfədir ki, AÇ-də iştirak edəcəksiniz.
- Bizim üçün möhtəşəm bir olaydır. Güclü millilərin yer aldığı turnirdə iştirak edəcəyik. Lakin yığmamız da son iki ildə çox inkişaf edib.
- AÇ-də püşk sizi Azərbaycan və İspaniyayla eyni qrupa saldı. Rəqibləriniz barədə nə deyə bilərsən?
- İspaniya qarşı oynamaq məndə indidən çox qəribə hisslər doğurur. İspanlarla matçda meydanda olmaq mənim üçün fəxrdir. Üç ildir Fransa pasportuna sahibəm. Bütün doğmalarım İspaniyada yaşayır. Ora mənim vətənimdir. Azərbaycana iki dəfə səfər etmişəm. Yaxşı komandanız var. Amma biz qalib gəlmək üçün var gücümüzü ortaya qoyacağıq. Yığmanıza asanlıqla təslim olmaq fikrimiz yoxdur. 
- Ölkəmizə səfər etdiyini dedin. Çox güman bəzi futzalçılarımızı tanıyırsan. Millimizin şanslarını necə dəyərləndirirsən.
- Yerli və braziliyalıların sintezindən ibarət güclü yığmanız var. Beynəlxalq turnirlərdə daim uğur qazanan məşqçi ilə çalışırsınız(Alesio Da Silva-O.H)Futzalçılarınızın adlarını dəqiq xatırlamasam da, onları tanıyıram.
- Necə düşünürsən, hansı komandaların ¼ finala çıxmaq şansı daha çoxdu?
- Biz favorit sayılmasaq da, əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə vəsiqə qazanaq. AÇ-nin qrup oyunlarına çox əzmlə hazırlaşacağıq.
- Bu yay “Latsio”nu Fransanın “Acces” komadasına dəyişdin. Nə üçün A seriyasını tərk edib Fransaya döndün?
- Fransaya ailəmin yanına dönmək istəyirdim. “Acces” yeni komanda olsa da, çox gözəl layihəsi var. Klubun inkişaf etməsi üçün bir qədər zamana ehtiyac var.
- Hansı yığmanı AÇ-nin favoriti hesab edirsən?
- İspaniya həmişə favoritdir. Rusiyanın da güclü komandası var. Portuqaliya millisini də unutmaq olmaz.

Söhbətləşdi: Orxan Hüseynov

Oxşar xəbərlər

“İspaniya ilə oyunda az səhvə yol verdik” - Joze Alesio Da Silva
"Artıq bu uğursuz sindroma son qoymağın zamanı çatıb" - Elxan Tağızadə
"Çox çətin oyun olacaq" - Joze Alesio da Silva
Alesio Da Silva:"Qrup mərhələsini adlaya bilsək..."
Yasin Həmid:”Komandada hücumçu yoxdur” - ÖZƏL

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər