reklam
Yasin Həmid:”Komandada hücumçu yoxdur” - ÖZƏL
Sportfm.az xəbər saytı

Yasin Həmid:”Komandada hücumçu yoxdur” - ÖZƏL


"Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib. Yerli futbolsevərlərə  yaxından tanış olan Yasin Həmidlə üç illik müqavilə imzalanıb. Yasin ötən mövsüm "Rəvan”da çıxışı ilə diqqət mərkəzinə düşmüşdü. Yasin ölkəmizə Ukraynadan gəlib. Misir əsilli oyunçu "Xarkov”un yetirməsidir. Həmçinin, "Metallurq” və "Stal” klublarında çıxış edib. 23 yaşlı Yasin Ukraynanın U-19 yığmasında da forma geymək şansı qazanıb. Futbolçu Sportfm.az saytının əməkdaşının suallarını cavablandırıb:
- Biz səni "Rəvan”dan universal futbolçu kimi tanıyırıq. "Zirə”nin baş məşqçisi ilə hansı mövqedə oynayacağın barədə söhbət etmisən?
- Xeyr, baş məşqçi ilə hələ söhbət etməmişəm. Amma mən düşünürəm ki,  mərkəz hücumçusu mövqeyində oynayaram, çünki komanda da forvard yoxdur. Bilirəm ki, keçən mövsümün bombardiri Nelson Bonilya "Zirə”ni tərk edib.
- Növbəti mövsüm Azərbaycan Premyer Liqasında cəmi 8 komanda mübarizə aparacaq. Bu mənfi halı necə dəyərləndirirsən? Qeyd edək ki, sənin sabiq klubun "Rəvan”da liqada iştirak etməyəcək.
- Komanda sayının az olması çempionat üçün çox mənfi haldı. Klub nə qədər çox olsa, o qədər maraqlı olardı. Bilirəm ki, "Rəvan” və "Xəzər-Lənkəran”da gənc, istedadlı futbolçular vardı, onların çoxu öz iş yerlərini itiriblər.
- Yasin, EURO 2016-da kimə azarkeşlik edirsən?  
- Təbii ki, doğulub boya-başa çatdığım Ukraynaya azarkeşlik edirdim, amma onlar məni çox məyus etdilər.
- Sənin fikrincə, Avropa çempionatının qalibi hansı komanda olacaq?  
- Mənim Portuqaliya millisinə böyük simpatiyam var. Onlara uğurlar arzulayıram. EURO 2016-nın qalibinə gəldikdə, düşünürəm ki, italyanların Avropa çempionatının qalibi olmaq şansı var. Baxmayaraq ki, 1/8 finalda onlar İspaniya ilə qarşılaşacaqlar, lakin mən ispanları cütlüyün favoriti saymazdım.

Oxşar xəbərlər

Yasin komandasına lazım olmadı
"Zirə"də ayrılıq
“Açıqca etiraf etmək lazımdır ki, “Qarabağ” – MÜSAHİBƏ
Ukraynalı futbolçu Bakı klubu ilə üç illik müqavilə bağladı
“Zirə”dən beşinci rəsmi transfer

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər