"Çox çətin oyun olacaq" - Joze Alesio da Silva
Avropa çempionatının final mərhələsində ilk oyununu fevralın 2-də, Bakı vaxtı ilə saat 21:00-da Fransaya qarşı keçirəcək Azərbaycan millisinin baş məşqçisi Joze Alesio da Silva AFFA-nın rəsmi saytına oyunöncəsi açıqlama verib.
Sportfm.az həmin açıqlamanı təqdim edir.
“Komandada əhval-ruhiyyə yüksəkdir. Bu gün axşam rəqibin oyununun videoyazısına bir daha baxacağıq. Bundan sonra oyunçularıma meydanda nə edəcəklərini bir daha xatırladacam. Əlbəttə, çox çətin, ağır oyun olacaq. Fransa millisi bütün yarışların favoriti olan İspaniya kimi bir komandaya qarşı yaxşı oyun nümayiş etdirdi və yekunda xal qazandı. Onların Fransa futzal tarixinin ən yaxşı komandası olduqlarını bilirdik. Təsadüfi deyil ki, final mərhələsinə yüksəlmək üçün daimi iştirakçılardan olan Xorvatiyanı play-off oyunlarında məğlub etdilər. İspaniyaya qarşı oyunlarını canlı izləsək də, təkrar baxıb, yekun heyətimizi də müəyyənləşdirəcəyik. Komandada qorxu yox, rəqibə hörmət var.
Thaqo artıq bir həftədi məşqlərə qoşulub. Ancaq o, oyunlara 60 faiz hazırdır. Yüngül problemləri olsa da, oynayacaq, oynamalıdır. Çünki bu görüş bizim üçün final oyununa bərabərdir. Qələbə qazana bilsək, ¼ final mərhələsinə yüksələcəyimiz dəqiqləşəcək. Bunu etmək üçün hər şeyə qadirik. Yaxşı hazırlıq keçmişik, taktiki tapşırıqlar üzərində məşqlər etmişik”.
DİGƏR XƏBƏRLƏR
Xəbər Lenti
"Çox dinamik komandaya qarşı oynadıq" - Qurban Qurbanov 11.04.2021, 22:02
“Zirə” 0-0 “Keşlə” - VİDEO 11.04.2021, 21:55
"Çempionatı bu heyətlə başa vuracayıq" - Ayxan Abbasov 11.04.2021, 21:53
"Qarabağ" vahid lider oldu - Azərbaycan Premyer Liqası 11.04.2021, 21:40
"Bizi gərgin oyunlar gözləyir" - Rəşad Sadıqov 11.04.2021, 20:42
"Zədəsiz və bir xalla qayıdırıq” - Sənan Qurbanov 11.04.2021, 19:10
"Zirə" "Keşlə" ilə heç-heçə etdi - Azərbaycan Premyer Liqası 11.04.2021, 18:56
"Qarabağ" - "Sumqayıt" - START HEYƏTLƏR 11.04.2021, 18:17
"Neftçi" – "Keşlə" matçı Bəkirova tapşırıldı - I Divizion 11.04.2021, 17:54

№ | Komanda | o | x |
1 | Neftçı | 20 | 42 |
2 | Qarabağ | 20 | 42 |
3 | Zirə | 20 | 30 |
4 | Sumqayıt | 20 | 26 |
5 | Qəbələ | 20 | 23 |
6 | Səbail | 20 | 18 |
7 | Keşlə | 20 | 17 |
8 | Sabah | 20 | 16 |
№ | Komanda | o | x |
1 | Araz | 17 | 51 |
2 | Marafon | 17 | 39 |
3 | EKOL | 17 | 39 |
4 | Neftçi İK | 17 | 36 |
5 | Baku Fire | 17 | 28 |
6 | Bakı TFK | 17 | 17 |
7 | Premier Quba | 17 | 14 |
8 | Record club | 17 | 13 |
9 | Xızı Futzal | 17 | 12 |
10 | Yasamal İSK | 17 | 5 |
№ | Komanda | o | x |
1 | Turan-Tovuz | 16 | 36 |
2 | Zaqatala | 17 | 34 |
3 | Neftçi-2 | 16 | 34 |
4 | Sabah-2 | 16 | 29 |
5 | Qarabağ-2 | 17 | 26 |
6 | Kəpəz | 15 | 17 |
7 | Qaradağ Lökbatan | 16 | 16 |
8 | Keşlə-2 | 16 | 12 |
9 | MOİK | 16 | 10 |
10 | Sumqayıt-2 | 15 | 9 |