8-i bir yerdə çıxış etdilər, İtaliyada finala yüksəldilər
İtaliyanın Ankona şəhərində keçirilən aerobika gimnastikası üzrə 10-cu Avropa çempionatında iştirak edən Azərbaycan milli komandası ilk dəfə üç proqramda təmsil olunub.
Sportfm.az xəbər verir ki, təmsilçilərimiz hər üç kateqoriya üzrə finala yüksəlməyi bacarıblar.
Final mərhələsində fərdi proqramda ölkəmizi Vladimir Dolmatov təmsil edib. Gimnastımız 20,950 xalla yeddinci pillədə qərarlaşıb.
Komanda yarışında ölkəmizi V.Dolmatov ilə yanaşı, Elçin Məmmədov və Emil Quliyev təmsil ediblər. Komandamız bu proqramda 20,350 xalla səkkizinci yeri tutub.
Yığmamızın ən yaddaqalan çıxışı “Aero Dance” proqramı üzrə yerinə yetirilən kompozisiyada alınıb. Kompozisiyanı Nərminə Hüseynova, Elçin Məmmədov, Ruslan Eyvazov, Nigar Həsənova, Aliyə Paşayeva, Zeynəb Hümmətova, Akif Kərimli və Nigar İbrahimbəyli təqdim ediblər. Milli musiqimizin ritmləri üzərində qurulan elementləri uğurla yerinə yetirən gimnastlarımızın çıxışı beşinci yerə layiq görülüb.
Oxşar xəbərlər
Azərbaycan gimnastları 3 növdə final - Dünya çempionatı
Bu gün gimnastlarımız 4 növdə çıxış edəcək - Dünya çempionatı
Bakıda dünya çempionatı başlayır - Aerobika gimnastikası
Aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının final mərhələsi start götürdü - FOTO
Yığmamız Avropa Çempionatında finala çıxdı - BÖYÜK UĞUR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin














Misli Premyer Liqası