reklam
Azərbaycan gimnastları 3 növdə final -
Sportfm.az xəbər saytı

Azərbaycan gimnastları 3 növdə final -Dünya çempionatı


Bakıda aerobika gimnastikası üzrə Dünya çempionatı davam edir.

Sportfm.az xəbər verir ki, bu gün qarışıq cütlük, fərdi kişilər, aerodans və qrup proqramında təsnifat, üçlük, fərdi qadınlar və aerodans növlərində isə final görüşləri keçirilir.

Azərbaycan gimnastı Vladimir Dolmatov Bakıda keçirilən aerobika gimnastikası üzrə Dünya çempionatında finala yüksəlib. O fərdi proqramda 21.000 xal toplayan idmançı 7-ci pillənin sahibi kimi həlledici raunda vəsiqə qazanıb.

Dünya çempionatında aerodans proqramı üzrə təsnifat yarışı başa çatıb.

Elçin Məmmədov, İmran İmranov, Nərminə Hüseynova, Nurcan Cabbarlı, Mədinə Mustafayeva, Nigar İbrahimbəyli, Akif Kərimli və Ayxan Əhmədlidən ibarət Azərbaycan komandası 18.200 xal yığaraq həlledici raunda lider kimi adlayıb.

Son olaraq qrup yarışlarında finalçılar müəyyənləşib.

Vladimir Dolmatov, İmran İmranov, Nərminə Hüseynova, Xoşqədəm Quliyeva, Balaxanım Əhmədovadan ibarət Azərbaycan komandası seçmə mərhələdə 19.761 xal toplayaraq, 7-ci yeri tutub. Bu nəticə kollektivi finala yüksəldib.

Oxşar xəbərlər

Azərbaycan komandası dünya çemionu oldu - Uğur
Bu gün gimnastlarımız 4 növdə çıxış edəcək - Dünya çempionatı
Bakıda dünya çempionatı başlayır - Aerobika gimnastikası
Aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının final mərhələsi start götürdü - FOTO
Yığmamız Avropa Çempionatında finala çıxdı - BÖYÜK UĞUR

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər