reklam
Yığmamız Avropa Çempionatında finala çıxdı -
Sportfm.az xəbər saytı

Yığmamız Avropa Çempionatında finala çıxdı -BÖYÜK UĞUR


Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının ikinci günü başlayıb.

Sportfm.az xəbər verir ki, bu gün böyük gimnastların kişilər və qadınlar arasında fərdi proqramda, trio, qarışıq cütlüklər, qrupların da çıxışı davam edir. Artıq aero-dans proqramında Azərbaycanı təmsil edən Ayxan Əhmədli, Balaxanım Əhmədova, Vladimir Dolmatov, Emil Quliyev, Xoşqədəm Quliyeva, Nərminə Hüseynova, Nigar İbrahimbəyli, İmran İmranov, Akif Kərimli, Elçin Məmmədov, Mədinə Mustafayeva gözəl nəticə ilə yadda qalıblar. Belə ki, 17350 bal toplayan komandamız ilk dəfə olaraq Rusiyanın ardınca 2-ci yeri tutaraq sabah baş tutacaq finala vəsiqə qazanıb. 

Qeyd edək ki, 24-26 may tarixlərində Bakıda Milli Gimnastika Arenasında aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatı keçirilir.

Yarışlarda 22 ölkədən olan 400-ə yaxın böyük və gənc gimnastlar fərdi qadın və kişi, qarışıq cütlük, üçlük, qrup, həmçinin aero dans, aero step (yalnız böyüklər) proqramında yarışacaqlar. Qaydalara əsasən, bir iştirakçı bu kateqoriyaların maksimum üçündə çıxış edə biləcək. Komanda hesabında qaliblər isə 5 ən yaxşı çıxışa görə müəyyən ediləcək.

Yarışların sonuncu günündə isə final mərhələlərində Avropa çempionları müəyyənləşəcək.

Xatırladaq ki, yarışın birinci günündə gənc gimnastlar mübarizə aparıblar. Azərbaycan gimnastları Aysel Aslanzadə, Xədicə Quliyeva, Lalə Quliyeva, Fatimə Qurbanova, Emiliya Mahmudova və Eleonora Yusifova aero-dans proqramı üzrə finala vəsiqə qazanıb.

Azərbaycan çempionatda 17 gimnastla çıxış edir.

Oxşar xəbərlər

Bakıda dünya çempionatı başlayır - Aerobika gimnastikası
Aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının final mərhələsi start götürdü - FOTO
Azərbaycan Avropa Çempionatında qruplar arasında finala yüksəldi
Azərbaycan gimnastları: "Hamı məmnundur və nəticədən razıdır"
"Aerobika gimnastikası Azərbaycanda fəal inkişaf edir" - Marian Kolev

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər