Bu gün gimnastlarımız 4 növdə çıxış edəcək -Dünya çempionatı
Bakıda aerobika gimnastikası üzrə Dünya çempionatı davam edir.
Sportfm.az xəbər verir ki, bu gün qarışıq cütlük, fərdi kişilər, aerodans və qrup proqramında təsnifat, üçlük, fərdi qadınlar və aerodans növlərində isə final görüşləri keçiriləcək.
Azərbaycanı kişilərin fərdi yarışında Vladimir Dolmatov, qarışıq cütlükdə Mədinə Mustafayeva - Vladimir Dolmatov, qrup yarışlarında Vladimir Dolmatov, İmran İmranov, Nərminə Hüseynova, Xoşqədəm Quliyeva, Balaxanım Əhmədova, aerodansda isə Elçin Məmmədov, İmran İmranov, Nərminə Hüseynova, Nurcan Cabbarlı, Mədinə Mustafayeva, Nigar İbrahimbəyli, Akif Kərimli və Ayxan Əhmədli təmsil edəcək.
Qeyd edək ki, ilk gündə fərdi proqramda çıxış edən Nurcan Cabbarlı 17.600 xalla 24-cü olub və finala yüksələ bilməyib.
Oxşar xəbərlər
Azərbaycan gimnastları 3 növdə final - Dünya çempionatı
Bakıda dünya çempionatı başlayır - Aerobika gimnastikası
Azərbaycan gimnastları və azarkeşlərindən möhtəşəm himn ifası - VİDEO
Aerobika gimnastikası üzrə 11-ci Avropa çempionatının final mərhələsi start götürdü - FOTO
Gimnastlarımız Slovakiyada qızıl medal qazandı - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası