Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Millilərimiz Avropa çempionatının təsnifat mərhələsində çıxış edəcək
Azərbaycanın 16 yaşadək oğlan və qız voleybolçulardan ibarət milliləri Avropa çempionatının (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) 1-ci təsnifat mərhələsində mübarizə aparacaqlar.
Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasının mətbuat xidmətindən bildirilib.
Oğlanlardan ibarət U-16 millisi Latviyanın paytaxtı Riqada mübarizə aparacaq. B qrupunda yer alan komanda Latviya və Finlandiya yığmaları ilə qarşılaşacaq. A qrupunda isə Polşa, Estoniya və Ukrayna komandaları çıxış edəcəklər.
Qızlar isə Estoniyanın Kaariku şəhərində mübarizə aparacaqlar. B qrupunda yer alan millinin rəqibləri Estoniya, Litva və Ukrayna komandaları olacaq. A qrupunda isə Polşa, Gürcüstan və Finlandiya komandaları çıxış edəcəklər.
Reqlamentə əsasən, qruplarda ilk üç yeri tutan komandalar yekun sıralama uğrunda mübarizə aparacaqlar. Qrup qalibləri (A1 – B1) finalda turnirin çempionunu müəyyənləşdirəcəklər. İkinci və üçüncü yerləri tutan komandalar isə müvafiq olaraq A2 – B2 və A3 – B3 qarşılaşmalarında üz-üzə gələcəklər.
A1 – B1 görüşünün qalibi 2027-ci ildə keçiriləcək Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq.
Oğlanlar
19 noyabr
18:00. Latviya – Azərbaycan
20 noyabr
18:00. Azərbaycan – Finlandiya
Qızlar
19 noyabr
19:00. Estoniya – Azərbaycan
20 noyabr
16:00. Azərbaycan – Ukrayna
21 noyabr
19:00. Litva – Azərbaycan
Yarışlar noyabrın 19-22-də keçiriləcək. Oyunların başlama saatları yerli vaxtla göstərilib.

Oxşar xəbərlər
Millimiz EEVZA çempionatına Qubada hazırlaşır
Millimiz 1-ci təsnifat mərhələsində iştirak edəcək - Avropa çempionatı
Azərbaycan millisi təsnifat turnirində mübarizə aparacaq - AVRO-2026
Yığmamız Ermənistanla eyni yarışda iştirak edəcək
Daha bir millimiz EEVZA-nın çempionatına qatılacaq
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

.jpg)

Misli Premyer Liqası