reklam
Astanada daha bir medal
Sportfm.az xəbər saytı

Astanada daha bir medal


Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatı başa çatıb.

Sportfm.az xəbər verir ki, yarışın sonuncu günündə sərbəst güləş üzrə 57, 74, 79 və 92 kq-da medalçılar müəyyənləşib.

Azərbaycan təmsilçilərindən İslam Bazarqanov (57 kq) bürünc medal uğrunda görüşdə rusiyalı Abubakar Mutaliyevə 2:6 hesabıyla məğlub olub.

Turan Bayramov (74 kq) təsəlliverici görüşlərdə qələbə qazanaraq bürünc medal uğrunda qarşılaşmaya yüksəlib. Güləşçimiz əvvəlcə kosovolu Eqzon Xonini 7:0 hesabıyla, ardınca isə tacikistanlı Viktor Rassadini xalların keyfiyyətinə görə (2:2) üstələyib. Lakin bürünc medal uğrunda qarşılaşmada yaponiyalı Yoşinosuke Aoyagiylə bacarmayıb – 0:11.

Cəbrayıl Hacıyev (79 kq) üçüncü yer uğrunda qarşılaşmada Belarusun olimpiya mükafatçısı və Avropa çempionu Maqamedxabib Kadimaqomedova 0:3 hesabla uduzub.

Ali Tsokayev (92 kq) debüt etdiyi dünya çempionatını bürünc medalla başa vurub. Güləşçimiz iranlı dünya mükafatçısı Amirhüseyn Firuzpurbandbeyə 6:0 hesabıyla qalib gələrək fəxri kürsünün üçüncü pilləsinə yüksəlib.

Xatırladaq ki, yarışda yunan-Roma güləşçilərimizdən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) isə gümüş medal qazanıb. Sərbəst güləşçilərdən isə Arseniy Djioyev (86 kq) gümüş, Giorgi Meşvildişvili (125 kq) isə bürünc mükafata sahib çıxıb.

Oxşar xəbərlər

4 güləşçimiz medal uğrunda mübarizə aparacaq
Güləşçilərimizdən daha 2 medal - Dünya çempionatı
Güləşçimiz bürünc medal qazandı
Güləşçilərimizdən daha 2 medal - Avropa çempionatı
2 güləşçimiz Avropa çempionu oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər