reklam
Azərbaycan millisi təsnifat turnirində mübarizə aparacaq -
Sportfm.az xəbər saytı

Azərbaycan millisi təsnifat turnirində mübarizə aparacaq -AVRO-2026


Azərbaycanın 18 yaşadək voleybolçu qızlardan ibarət millisi Avropa çempionatının 2-ci təsnifat mərhələsində iştirak edəcək.

Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyası məlumat yayıb.

Komanda bu gün yarışın keçiriləcəyi İspaniyaya yola düşüb. Milli Kadis şəhərində təşkil olunacaq turnirdə C qrupunda mübarizə aparacaq. Baş məşqçi Şahin Çatmanın rəhbərlik etdiyi kollektivin rəqibləri meydan sahibi ilə yanaşı, Estoniya və Niderland yığmaları olacaq.

Martın 27–29-da təşkil olunacaq AVRO-2026-nın II təsnifat mərhələsində ümumilikdə 20 komanda 5 qrupda qüvvəsini sınayacaq. Reqlamentə əsasən, yalnız qrup qalibləri qitə çempionatının final mərhələsinə vəsiqə qazanacaqlar.

Oxşar xəbərlər

Yığmamızın rəqibləri bilindi - Avropa çempionatı
Yığmamız Ermənistanla eyni yarışda iştirak edəcək
Azərbaycan millilərinin rəqibləri bilindi
Millimiz EEVZA çempionatında bu gün ilk oyununa çıxacaq
Azərbaycanın millisi Latviyaya yola düşdü - EEVZA çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər