reklam
4 güləşçimiz medal uğrunda mübarizə aparacaq
Sportfm.az xəbər saytı

4 güləşçimiz medal uğrunda mübarizə aparacaq


Qazaxıstanın paytaxtı Astanada keçirilən güləş üzrə dünya çempionatı bu gün başa çatacaq.

Sportfm.az xəbər verir ki, mundialın son günündə Azərbaycanın sərbəst güləş millisinin 4 üzvü bürünc medal uğrunda mübarizə aparacaq.

Cəbrayıl Hacıyev (79 kq) və İslam Bazarqanov (57 kq) yarımfinalda məğlub olduqları üçün, Ali Tsokayev (92 kq) və Turan Bayramov (74 kq) isə rəqibləri finala yüksəldiyindən təsəlliverici görüşlərə qatılacaqlar.

Cəbrayıl Hacıyev və İslam Bazarqanovun bürünc medal uğrunda qarşılaşacaqları rəqiblər təsəlliverici görüşlərin nəticəsindən sonra bəlli olacaq.

Ali Tsokayev ilk təsəlliverici görüşündə Nauru təmsilçisi Ceys Uera ilə qarşılaşacaq. Qələbə qazanacağı halda, o, bürünc medal uğrunda iranlı Amirhüseyn Firuzpurbandpeylə üz-üzə gələcək.

Turan Bayramov isə təsəlliverici mərhələdə əvvəlcə kosovalı Ekzon Coni ilə güləşəcək. Bu görüşdə qalib gələcəyi təqdirdə növbəti rəqibi tacikistanlı Viktor Rassadin olacaq. Həmin qarşılaşmanın qalibi bürünc medal uğrunda yaponiyalı Yoşinosuke Aoyaqi ilə qarşılaşacaq.

Qeyd edək ki, Azərbaycan yunan-Roma güləşi üzrə 3 medal qazanıb. Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) dünya çempionu olub, Nihat Məmmədli (63 kq) isə gümüş medal əldə edib.

Sərbəst güləşçilərdən Arseniy Djioyev (86 kq) gümüş, Giorgi Meşvildişvili (125 kq) isə bürünc medala sahib çıxıb.

Oxşar xəbərlər

Güləşçilərimizdən daha 2 medal - Dünya çempionatı
Güləşçimiz bürünc medal qazandı
2 güləşçimiz Avropa çempionu oldu
Daha 3 güləşçimiz döşək üzərinə çıxacaq - DÇ
Daha bir güləşçimiz qızıl medal qazandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər