reklam
Döyüşçümüz UFC-də məğlub oldu
Sportfm.az xəbər saytı

Döyüşçümüz UFC-də məğlub oldu


Azərbaycanlı MMA döyüşçüsü Fərman Həsənov UFC-də növbəti görüşünə çıxıb.

Sportfm.az xəbər verir ki, 31 yaşlı idmançı Las-Veqasda təşkil olunan “UFC Fight Night 292” turnirində Jan-Pol Lebosnoyani ilə üz-üzə gəlib.

77 kq çəki dərəcəsində baş tutan döyüşdə azərbaycanlı idmançı məğlub olub.

İkinci raundda Həsənovun sol gözü ətrafında ciddi kəsik yaranıb. Üçüncü raundda həkim idmançımızın görüşü mübarizəni davam etdirməsinə icazə verməyib. Nəticədə referi 2-ci dəqiqə 11-ci saniyədə qarşılaşmanı dayandırıb və Lebosnoyan texniki nokautla qalib elan olunub.

Qeyd edək ki, bu, Fərman Həsənovun UFC-də ikinci döyüşü və peşəkar karyerasında ilk məğlubiyyəti olub.

Oxşar xəbərlər

Musayevdən UFC-də növbəti qələbə
Azərbaycanlı döyüşçü nokautla məğlub oldu - UFC
UFC-də ilk qələbəsini Bakıda qazandı - FOTO
Döyüşçümüz rusiyalıya nokautla qalib gəldi
“Qəbələ” döyüşçülərindən 3 qələbə

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər