reklam
Millimiz EEVZA çempionatına Qubada hazırlaşır
Sportfm.az xəbər saytı

Millimiz EEVZA çempionatına Qubada hazırlaşır


20 yaşadək voleybolçu qızlardan ibarət Azərbaycan millisi Avropa çempionatının 1-ci təsnifat mərhələsinə (EEVZA – Şərqi Avropa Voleybol Zonal Assosiasiyası çempionatı) hazırlığı Qubada davam etdirir.

Sportfm.az xəbər verir ki, bu barədə Azərbaycan Voleybol Federasiyasından məlumat verilib.

Hazırlıq proqramına uyğun olaraq, komanda Qubada, UNEC klubunun idman zalında təlim-məşq toplanışındadır.

Türkiyəli mütəxəssis Gökhan Edmanın rəhbərliyi altında keçirilən hazırlıq prosesində 20 və 16 yaşadək qızlardan ibarət komandaların üzvləri iştirak edir. Ümumilikdə toplanışa 33 voleybolçu cəlb olunub.

10 günlük Quba toplanışının ardından komandaların oktyabrın 3-də Bakıya qayıtması planlaşdırılır. Bundan sonra 20 yaşadək qızlardan ibarət milli hazırlığı ölkə xaricində davam etdirəcək. Hazırlığın növbəti mərhələsində komandanın bir neçə yoxlama oyunu keçirməsi də nəzərdə tutulur.

Qeyd edək ki, 20 yaşadək qızlardan ibarət komandalar arasında EEVZA çempionatı 22–25 oktyabrda Gürcüstanın Rustavi şəhərində keçiriləcək. Yarışda Azərbaycan, Polşa, Latviya, Ermənistan, Ukrayna, Estoniya və ev sahibi Gürcüstanın milli komandaları iştirak edəcək.

Azərbaycan millisi A qrupunda Polşa və Latviya yığmaları ilə qarşılaşacaq. B qrupunda isə Estoniya, Gürcüstan, Ermənistan və Ukrayna komandaları mübarizə aparacaq.

Oxşar xəbərlər

Millimiz 1-ci təsnifat mərhələsində iştirak edəcək - Avropa çempionatı
Yığmamız Ermənistanla eyni yarışda iştirak edəcək
Millimiz EEVZA çempionatında iştirak edəcək
Millimiz Litvaya qarşı - EEVZA çempionatı
Daha bir millimiz EEVZA-nın çempionatına qatılacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər