Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
“Fənərbaxça”nın yeni baş məşqçisinin adı bilindi
“Fənərbaxça”nın yeni baş məşqçisinin adına aydınlıq gəlib.
Sportfm.az xəbər verir ki, bu barədə Türkiyənin "HT Spor" telekanalı məlumat yayıb. İstanbul təmsilçi portuqaliyalı mütəxəssis Sergio Konseysao ilə anlaşıb.
Tərəflər arasında razılıq əldə olunub və Konseysaonun yaxın vaxtlarda İstanbula gələcəyi gözlənilir.
Qeyd edək ki, portuqaliyalı məşqçi 2017-2024-cü illərdə “Portu”ya rəhbərlik edib. Mütəxəssis 2024/2025 mövsümündə “Milan”ı çalışdırıb. İtaliya klubunda 31 matça çıxan Konseysaonun xal ortalaması 1,71 olub. Onun rəhbərliyi altında “Milan” İtaliya Superkubokunun qalibi adını qazanıb.
Son iş yeri Səudiyyə Ərəbistanının “Əl-İttihad” klubu olan məşqçi bu komandada 41 qarşılaşmaya çıxıb. Həmin görüşlərdə kollektiv 21 qələbə qazanıb, 7 heç-heçə edib və 13 dəfə məğlub olub. Konseysaonun burada da xal ortalaması 1,71 təşkil edib..

Oxşar xəbərlər
Murad Musayev ən yaxşı məşqçi seçildi
İstanbul klubunda dünyaca məşhur məşqçi - İlkin razılıq
"Fənərbaxça" Mourinyonu sonra qovdu
İtaliya nəhənginin baş məşqçisi oldu - Təyinat
“Ankaragücü” yeni baş məşqçisini açıqladı
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin

Misli Premyer Liqası