reklam
3 güləşçimiz məğlub oldu -
Sportfm.az xəbər saytı

3 güləşçimiz məğlub oldu -Dünya çempionatı


Azərbaycanın üç güləşçisi Qazaxıstanın paytaxtı Astanada keçirilən dünya çempionatında məğlub olub.
Sportfm.az xəbər verir ki, Ruzanna Məmmədova (59 kq), Rəşid Babazadə (65 kq) və Maqomedxan Maqomedov (97 kq) uğursuz çıxış edib.

Məmmədova 1/8 finalda Menqyu Xie (Çin) ilə dueldən məğlub ayrılıb. Rəqib növbəti raundda uduzduğu üçün Azərbaycan təmsilçisi medal qazanmaq şansını itirib.

Babazadə 1/16 finalda Taiyrbek Zumaşbek Uuluya (Qırğızıstan) məğlub olub. Moqamedov isə 1/4 finalda Bəhreyn idmançısı Axmed Maqomed Tajudinova uduzub.

Milli üzvləri rəqibləri finala çıxacağı təqdirdə, sabah təsəlliverici görüşə qatılacaqlar.

Daha əvvəl yunan-Roma güləşçilərindən Eldəniz Əzizli (55 kq) və Sənan Süleymanov (77 kq) qızıl, Nihat Məmmədli (63 kq) gümüş medal qazanıb.

Oxşar xəbərlər

Güləşçimiz dünya ikincisi oldu - UĞUR
İki güləşçimiz 1/4 finalda - Dünya çempionatı
Güləşçimiz finalda - Dünya çempionatı
Daha bir güləşçimiz qızıl medal qazandı
Stadnik və digər qadın güləşçilərimiz uduzdu - Dünya çempionatı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər