reklam
Ölkəmizi Avropa çempionatında 40 zəka sahibi təmsil edəcək
Sportfm.az xəbər saytı

Ölkəmizi Avropa çempionatında 40 zəka sahibi təmsil edəcək


Noyabrın 3-də Yunanıstanın İraklion şəhərində yeniyetmə şahmatçılar arasında Avropa çempionatı start götürəcək.
Sportfm.az xəbər verir ki, qitə birinciliyində Azərbaycanı 40 şahmatçı təmsil edəcək.

Mötəbər yarışda yeniyetmələr arasında son dünya çempionu Zəhra Allahverdi, son Avropa çempionatının gümüş medalçısı Mehriban Əhmədli və bürünc mükafatçısı Məryəm Ağaverdiyeva da yer alıblar.

Ümumilikdə 49 ölkədən 1250 zəka sahibi 6 yaş kateqoriyasında medallar uğrunda yarışacaq.

Şahmatçılarla yanaşı, yeniyetmələrdən ibarət komandanın baş məşqçisi Nicat Məmmədov, məşqçilər Fərid Abbasov, Elmar Atakişiyev və Orxan Abdulov, həmçinin nümayəndə heyətinin rəhbəri Raul Quliyev də Yunanıstana yollanıblar.

Oxşar xəbərlər

10 şahmatçımız dünya birinciliyində çıxış edəcək
Ölkəmizi Avropa çempionatında 22 şahmatçı təmsil edəcək
Çexiyanın paytaxtını 40 nəfərlə fəth edəcəyik
Ölkəmizi Avropa çempionatında təmsil edəcək şahmatçılar - SİYAHI
Bakıda bədii gimnastika üzrə Dünya Kuboku yarışları başladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər