reklam
Yığmamız Ermənistanla eyni yarışda iştirak edəcək
Sportfm.az xəbər saytı

Yığmamız Ermənistanla eyni yarışda iştirak edəcək


Voleybol üzrə 18 yaşadək (U-18) qız və oğlanlardan ibarət Azərbaycan yığma komandaları Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edəcəklər.
Sportfm.az xəbər verir ki, qızlardan ibarət milli 20 - 23 noyabrda Gürcüstanın Telavi şəhərində keçiriləcək turnirdə mübarizə aparacaq. Yarışda Gürcüstan, Ermənistan, Ukrayna, Estoniya və Polşanın milli komandaları da iştirak edəcəklər. A qrupunda yer alan komanda Gürcüstan və Polşa yığmaları ilə qarşılaşacaq.

Oğlanlardan ibarət milli isə eyni tarixlərdə Latviyanın Daugavpils şəhərində təşkil olunacaq çempionatda Gürcüstan, Latviya, Ukrayna, Estoniya və Polşa yığmaları ilə birgə mübarizə aparacaq. B qrupunda yer alan komanda Estoniya və Ukrayna yığmaları ilə üz-üzə gələcək.

Reqlamentə əsasən, qrup mərhələsinin nəticəsinə görə, noyabrın 23-də A qrupunun birincisi B qrupunun birincisi ilə (A1-B1), A qrupunun ikincisi B qrupunun ikincisi ilə (A2-B2), A qrupunun üçüncüsü isə B qrupunun üçüncüsü ilə (A3-B3) üz-üzə gələcək. “AVRO-2026”ya seçmə xarakteri daşıyan yarışın qaydalarına görə, qrup liderlərinin qarşılaşmasının (A1-B1) qalibi Avropa çempionatının final mərhələsinə vəsiqə qazanacaq.

Oxşar xəbərlər

Ukrayna millimizin rəqibi oldu
Millimiz EEVZA çempionatında bu gün ilk oyununa çıxacaq
Daha bir millimiz EEVZA-nın çempionatına qatılacaq
Millimiz Gürcüstan, Latviya, Rusiya və Ukrayna yığmaları ilə qarşılaşacaq
Millimiz Gürcüstan, Latviya, Rusiya və Ukrayna yığmaları ilə qarşılaşacaq

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər