reklam
Yığmamızın rəqibləri bilindi -
Sportfm.az xəbər saytı

Yığmamızın rəqibləri bilindi -Avropa çempionatı


Azərbaycanın 18 yaşadək voleybolçu qızlardan ibarət millisinin Avropa çempionatının 2-ci təsnifat mərhələsindəki rəqibləri bəlli olub.

Sportfm.az xəbər verir ki, yığma martın 27-dən 29-dək İspaniyanın ev sahibliyi edəcəyi C qrupunda mübarizə aparacaq.

Şahin Çatmanın rəhbərlik etdiyi komanda qrupda meydan sahibi ilə yanaşı, Estoniya və Niderland ilə qarşılaşacaq. Təmsilçimiz ilk oyununu martın 27-də İspaniyaya qarşı keçirəcək. Növbəti günlərdə isə müvafiq olaraq Niderland və Estoniya ilə üz-üzə gələcək.

2-ci təsnifat mərhələsində 20 komanda 5 qrupda yarışacaq və yalnız qrup birinciləri AVRO-2026-nın final mərhələsinə vəsiqə qazanacaqlar.

C qrupu

27 mart

20:00. Estoniya – Niderland

22:30. İspaniya – Azərbaycan

28 mart

20:00. Niderland – Azərbaycan

22:30. Estoniya – İspaniya

29 mart

20:00. Azərbaycan – Estoniya

22:30. Niderland – İspaniya

Oxşar xəbərlər

Azərbaycan millilərinin rəqibləri bilindi
Yığmamızın təqvimi məlum oldu - U-16
Qızlarımızın rəqibləri bilindi - Avropa çempionatı
Azərbaycan yığması Litvaya yollandı
Millimizin AVRO-2022-dəki rəqibləri bəlli oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər