reklam
Vyetnamla oyun öncəsi üç xal
Sportfm.az xəbər saytı

Vyetnamla oyun öncəsi üç xal


Günay Məmmədzadə, Gülnar Məmmədova, Ülviyyə Fətəliyeva, Zeynəb Məmmədyarova və Xanım Balacayevadan ibarət Azərbaycan yığması Xantı-Mansiyskdə dünya komanda çempionatının dördüncü turunda Bakı Olimpiadasının qalibi Çin komandası ilə sülh bağlayıb.

Sportfm.az xəbər verir ki, Gülnar Məmmədova Çjao Syueyə qalib gəlib, Zeynəb Məmmədyarova Tsyuy Ventszyun, Günay Məmmədzadə Tan Çjuni ilə heç-heçə oynayıb, Xanım Balacayeva isə Le Tintseyə uduzub.

Daha əvvəl Azərbaycan yığması Rusiya komandası ilə heç-heçə oynayıb (2:2), Misir komandasını məğlub edib (4:0), Polşa komandasına məğlub olub (0,5:3,5).

Dörd turdan sonra Rusiya və Ukrayna komandaları liderlik edirlər. Bu komandaların hər biri 7 xal toplayıb. Hindistan komandası liderlərdən iki addım geri qalır. Azərbaycan, Çin, Gürcüstan, Polşa komandalarının hər biri dörd xal, ABŞ üç xal, Vyetnam 2 xal, Misir komandası isə 0 xal toplayıblar.

Dördüncü turun digər görüşlərində Gürcüstan komandası 1,5:2,5 hesabı ilə Rusiyaya məğlub olub. Ukrayna 3:1 hesabı ilə Vyetnama, ABŞ 3,5:0,5 hesabı ilə Misirə, Hindistan 2,5:1,5 hesabı ilə Polşaya qalib gəliblər.

Azərbaycan komandası beşinci turda Vyetnam komandası ilə qarşılaşacaq.

 

Oxşar xəbərlər

Avropa çempionatında növbəti qələbə
Azərbaycan yığması heç-heçə ilə başladı - Dünya çempionatı
Şahmatçımız Avropa Çempionatında liderdir
Şahmat Olimpiadasında VII turun görüşləri keçirilib
Olimpiadanın ikinci turunun nəticələri

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər