Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Şahmatçımız Avropa Çempionatında liderdir
Riqada keçirilən qadın şahmatçıların şəxsi Avropa çempionatında növbəti turun oyunları keçirilib.
Sportfm.az xəbər verir ki, IV turu Azərbaycan yığması üçün uğurlu saymaq olar.
Belə ki, qara fiqurlarla növbəti qələbəsini qazanan Zeynəb Məmmədyarova liderliyə ilə keçirib. Onun kimi Günay Məmmədzadə, Xəyalə Abdulla və Nərmin Məmmədova da partiyalarını 1 xalla başa vurublarlar.
Zeynəbdən fərqli, bacısı Türkan Məmmədyarova bu dəfə də məğlubiyyətə üzülüb.
IV tur
Alisa Qalliamova (Rusiya, 2444) - Zeynəb Məmmədyarova (2322) - 0:1
Natalya Jukova (Ukrayna, 2438) - Ülviyyə Fətəliyeva (2287) - 0,5:0,5
Günay Məmmədzadə (2348) - Antuanetta Stefanova (Bolqarıstan, 2527) - 1:0
Yovanka Huska (İngiltərə, 2397) - Xəyalə Abdulla (2241) - 0:1
Gülnar Məmmədova (2357) - Yelena Semenova (Rusiya, 2212) - 0,5:0,5
Xanım Balacayeva (2196) - Anna Varakomska (Polşa, 2343) - 0:1
Turkan Məmmədyarova (2267) - İrmak Arda (Türkiyə, 2089) - 0:1
Gövhər Beydullayeva (2054) - Kübra Öztürk (Türkiyə, 2261) - 0:1
Nərmin Məmmədova (2240) - Mariya Kuivatsu (Yunanıstan, 2016) - 1:0
Turnir cədvəli: 1. Z. Məmmədyarova - 3,5 xal; 12. Fətəliyeva, 20. Məmmədzadə - hər ikisi 3; 39. Abdulla - 2,5; 78. N. Məmmədova, 82. G. Məmmədova - hər ikisi 2; 94. Balacayeva - 1,5; 114. T. Məmmədyarova, 126. Beydullayeva - hər ikisi 1.
Oxşar xəbərlər
Beydullayeva zəkasını işlətdi - Avropa çempionatı
Qalib bu gün müəyyənləşəcək - Azərbaycan çempionatı
Azərbaycan və Ukrayna şahmatçıları arasında turnir keçiriləcək - Onlayn
Qadınlar arasında şahmat üzrə Avropa çempionatı başa çatdı - Fətəliyeva yeddincidir
Şahmatçılarımıza yeni geyimlər təqdim olundu - FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası