Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Şahmat Olimpiadasında VII turun görüşləri keçirilib
Sportfm.az Bakı Şahmat Olimpiadasının mətbuatına istinadən xəbər verir ki, kişilərdən ibarət əsas millimiz Xorvatiyaya qalib gəlib. İkinci komandamız Venesuella ilə heç-heçə oynadığı halda, üçüncü yığmamız eşitmə qabiliyyəti zəif olan şahmatçılar ittifaqının (ICCD) komandasına uduzub. Buna qədər vahid lider olan Hindistan ABŞ-a, Hollandiya Latviyaya, Çexiyaya Rusiyaya, Çin İngiltərəyə, Kanada Ukraynaya məğlub olub.
Kişilərdən fərqli olaraq, qadınlardan ibarət bütün yığmalarımız turu qələbə ilə başa vurublar. Əsas millimiz güclü Hindistan kollektivini, ikinci komandamız Belarusu, üçüncü yığmamız isə Boliviyanı üstələyib.
Favoritlərdən Rusiya Polşa ilə heç-heçə oynayıb. Çin Ukraynaya, ABŞ Rumıniyaya qalib gəlib. Gürcüstan isə Hollandiyaya məğlub olub.
Kişilər
Xorvatiya - Azərbaycan-1 0,5:3,5
İvan Sariç (2668) - Şəhriyar Məmmədyarov (2761) 0,5:0,5
Miladan Palas (2623) - Teymur Rəcəbov (2722) 0:1
Zdenko Kozul (2622) – Rauf Məmmədov (2666) 0:1
Ante Brkiç (2584) - Eltac Səfərli (2688) 0:1
Azərbaycan-2 - Venesuela 2:2
Vasif Durarbəyli (2612) - Eduardo Bonelli (2650) 0,5:0,5
Ülvi Bacarani (2509) - Xose Rafael Noqal (2436) 0:1
Qədir Hüseynov (2625) - Vilson Morales (2378) 1:0
Namiq Quliyev (2577) - Daniel Marin (2434) 0,5:0,5
Azərbaycan-3 - ICCD 1.5:2.5
Vüqar Əsədli (2406) - Yehuda Qruenfeld (2451) 1:0
Nail Bəşirli (2387) - Duilio Kollutiis (2441) 0:1
Abdulla Qədimbəyli (2294) - Vladimir Klasan (2401) 0,5:0,5
Pərviz Qasımov (2323) - Enxbayar Yançivnyambuu (2049) 0:1
Qadınlar
Azərbaycan-1 - Hindistan 2,5:1,5
Zeynəb Məmmədyarova (2295) - Dronavalli Harika (2542) 0,5:0,5
Günay Məmmədzadə (2361) - Rout Padmini (2408) 1:0
Gülnar Məmmədova (2304) - Saçdev Tania (2402) 1:0
Aydan Höccətova (2339) - Svaminathan Soumya (2379) 0:1
Azərbaycan-2 - Belarus 3.5:0,5
Türkan Məmmədyarova (2304) - Nastassia Ziaziulkina (2382) 0,5:0,5
Nərmin Xələfova (2219) - Olqa Badelka (2222) 1:0
Ülviyyə Fətəliyeva (2234) - Yekaterina Boqdan (2120) 1:0
Nərgiz Umudova (2247) - Tatyana Revo (2087) 1:0
Azərbaycan-3 - Boliviya 2,5:1,5
Nərmin Məmmədova (2230) - Mariya Yevgeniya Ramires (2104) 1:0
Xanım Balacayeva (2147) - Natali Monroy (2105) 0,5:0,5
Gövhər Beydullayeva (1994) - Lusia Estrada (1941) 0,5:0,5
Ayan Allahverdiyeva (1780) - Cessika Molina (1883) 0,5:0,5
Oxşar xəbərlər
ABŞ və Çin Bakı Şahmat Olimpiadasının qalibi oldu
Bakı Şahmat Olimpiadası - VI turun hesabatı
Bakı Şahmat Olimpiadası - V turun hesabatı
Bakı Şahmat Olimpiadası - IV turun hesabatı
Şahmatçılarımıza yeni geyimlər təqdim olundu - FOTOLAR
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası