reklam
Sportfm.az xəbər saytı

"Türkiyə yığmasının qazandığı uğur planlı işin nəticəsidir" - ÖZƏL


Bakıda 4-cü İslam Oyunları davam edir. Bu gün Milli Gimnastika Arenasında bədii gimnastika üzrə yarışların 2-ci mərhələsinə start verilib. Türkiyə yığmasının məşqçisi Ayşin Erten Sportfm.az saytına açıqlamasında bu ölkənin idmançılarının qazandığı uğurdan danışıb:"Türkiyədə bədii gimnastika sahəsində böyük canlanma hiss olunur. Beş il bundan öncə Türkiyə Gimnastika Federasiyasının prezidenti seçilən Suat Çelen bu idman növünün inkişafı üçün əlindən gələni edir. Türkiyə yığmasının İslam Oyunlarında qazandığı uğur planlı işin nəticəsidir. Bizdə çoxlu idman klunları fəaliyyət göstərir və onların əksəriyyətinin tərkibində bədii gimnastika bölməsi var. Zaman keçdikcə yerli məşqçilərin sayı artacaq, ancaq hələ ki, rusiyalı mütəxəssislərin təcrübəsindən yararlanırıq".
Türkiyəli məşqçi gimnastika yarışlarının ilk günü "ağ-qırmızılılar"ın üzvü Selen Bektaşın uğursuz çıxışına da aydınlıq gətirib:"İlk gün Selen üçün uğursuz alındı. Buraya birbaşa Bolqarıstandan gəlmişik, təlim-məşq toplanışından sonra onun yorğun olması öz sözünü dedi. Ancaq sonradan toparlanaraq finallara qala bildi".
Qeyd edək ki, Türkiyə yığması komanda yarışında İslam Oyunlarının bürünc medallarını qazanıb. 

Oxşar xəbərlər

Rusiyalı gimnastlar Bakıda ən yaxşılar sırasında
İki Avropa çempionatı Azərbaycanda
Rusiyalılardan Bakıda daha bir medal
İdman gimnastikası üzrə Azərbaycan komandası İslamiadada qızıl medal qazandı
Milli Gimnastika Arenasında iki fərqli növ bir arada

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər