reklam
Milli Gimnastika Arenasında iki fərqli növ bir arada
Sportfm.az xəbər saytı

Milli Gimnastika Arenasında iki fərqli növ bir arada


Bu gün Milli Gimnastika Arenasında (MGA) bədii gimnastika üzrə 23-cü Bakı Çempionatı və Birinciliyi, aerobika gimnastikası üzrə isə 2-ci Azərbaycan Çempionatı və Bakı Birinciliyi start götürüb.

Sportfm.az xəbər verir ki, yarışların ilk günü bədii gimnastika üzrə balacalar (2006-2008, alətsiz, halqa, top), yeniyetmələr (2004-2005, alətsiz, ip, top, gürzlər) və gənclər (2001-2003, ip, halqa, top, gürzlər) yaş kateqoriyasında yer almış idmançılar öz çıxışlarını nümayiş etdirəcəklər.

Daha sonra balacalar yaş kateqoriyasında (2006-2008) yer almış 8 qrup hərəkətləri komandasının alətsiz və topla əsrarəngiz çıxışlarının şahidi olacağıq.

Yarışların ikinci günü bədii gimnastlarla yanaşı, aerobika gimnastikasının nümayəndələri də öz qüvvələrini sınayacaqlar. Fərdi və üçlük proqramı üzrə uşaqlar (7-8 yaş), balacalar (9-11 yaş), yeniyetmələr (12-14 yaş), gənclər (15-17 yaş), böyüklər (18 yaş və daha böyük) kateqoriyasında yer almış gimnastlar çıxış edəcəklər.

Ümumilikdə 141 gimnast Bakı Gimnastika Məktəbi, "Ocaq Sport”, "Gömrükçü”, "Sərhədçi”, "Spartak” klubları, DİN-nin İdman Cəmiyyəti, Respublika Kompleks İdman Məktəbi və Şağan Olimpiya İdman Kompleksini təmsil edəcəklər. 


Tədbiri CBC Sport TV kanalında və Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytında (www.agf.az) canlı yayım vasitəsilə izləmək mümkün olacaqdır.

Qeyd edək ki, yarışlara biletlərin qiyməti 3 manatdan başlayır. 

Oxşar xəbərlər

Aerobika gimnastikası üzrə 5-ci Azərbaycan birinciliyi start götürdü
Bədii gimnastika üzrə 25-ci Azərbaycan Birinciliyinin üçüncü günü başladı - FOTO
İdman və akrobatika gimnastikası üzrə birinciliklər keçiriləcək
Ölkə birinciliyində iştirakdan imtina etdilər - ÖZƏL
Birgə çempionat davam edir

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər