reklam
İki Avropa çempionatı Azərbaycanda
Sportfm.az xəbər saytı

İki Avropa çempionatı Azərbaycanda


Azərbaycan 2019-cu ildə aerobika və bədii gimnastika üzrə Avropa çempionatlarına ev sahibliyi edəcək.

Sportfm.az Azərbaycan Gimnastika Federasiyasının saytına istinadən bildirir ki, bu barədə qərar Avropa Gimnastika İttifaqının İcraiyyə Komitəsinin iclasında qəbul olunub.

Milli Gimnastika Arenası ilk dəfə olaraq, 23-25 mayda qitənin ən güclü aerobika gimnastlarını qəbul edəcək. Azərbaycanda son 5 ildir inkişaf etdirilən bu idman növü üzrə çempionatın məhz Bakıda təşkili yerli gimnastların inkişafına da müsbət təkan verəcək.

31 may-2 iyunda isə bədii gimnastika üzrə Avropa çempionatı təşkil olunacaq. Bununla da Bakı artıq 4-cü dəfə bu idman növü üzrə qitə birinciliyinə ev sahibliyi edəcək.

Qeyd edək ki, Azərbaycan Gimnastika Federasiyası 2019-cu ildə idman gimnastikası, batut gimnastikası və tamblinq üzrə Dünya Kuboku mərhələləri, həmçinin bədii gimnastika üzrə həm Dünya Kuboku, həm də dünya çempionatını da təşkil edəcək.

Oxşar xəbərlər

Bakı dünya çempionatına ev sahibliyi edəcək - ilk dəfə
Bakı 2020-ci ildə dünya çempionatına ev sahibliyi edəcək
Bakıda hansı yarışlar keçiriləcək?
Bakıda keçiriləcək Avropa çempionatlarının vaxtı dəyişdirildi
Bakıda Dünya Kuboku

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər