reklam
Rusiyalı gimnastlar Bakıda ən yaxşılar sırasında
Sportfm.az xəbər saytı

Rusiyalı gimnastlar Bakıda ən yaxşılar sırasında


Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turnirinin fərdi proqramda çoxnövçülükdə qalib və mükafatçıların mükafatlandırma mərasimi keçirilib.

Sportfm.az xəbər verir ki, qızıl medalı rusiyalı Anastasiya Simakova qazanıb, "gümüş"ün sahibi italiyalı Sofia Raffaelli olub, bürünc medal isə Rusiya təmsilçisi Dariya Serqayevanın olub

Həmçinin Azərbaycan Gimnastika Federasiyasının təsis etdiyi xüsusi mükafat AGF Trophy-nin təqdimetmə mərasimi də keçirilib. Mükafat azərbaycanlı gimnast Arzu Cəlilovaya verilib.

Qeyd edək ki, Bakıda 20-21 aprel tarixlərində Milli Gimnastika Arenasında bədii gimnastika üzrə 2-ci AGF Junior Trophy beynəlxalq turniri keçirilir. Yarışda 20 ölkənin 130-a yaxın gənc bədii gimnastı iştirak edir.

Dünya Kubokundan bir neçə gün öncə (26-28 aprel) keçiriləcək gənclərin yarışında Beynəlxalq Gimnastika Federasiyasının (FIG) qaydalarına əsasən, yalnız 2004-2006-cı il təvəllüdlü gimnastlar çıxış edir.

Oxşar xəbərlər

Bakıda Avropa çempionatının mükafatlandırma mərasimi keçirildi - FOTO
Bakıdakı beynəlxalq turnirə yekun vuruldu - FOTO
Azərbaycanlı gimnast Bakıda bürünc medal qazandı
MGA-da 2-ci AGF Junior Trophy beynəlxalq turnirinə start veriləcək
Rusiyalı gimnast Bakıda qızıl medal qazandı - FOTO

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər