reklam
Dünya reytinqində birinci olan idmançımız -
Sportfm.az xəbər saytı

Dünya reytinqində birinci olan idmançımız -FOTO


İsveçrənin Lozanna şəhərində Beynəlxalq Qılıncoynatma Federasiyasının (FIE) 100-cü Konqresi keçirilib.

Sportfm.az xəbər verir ki, konqres çərçivəsində cari mövsüm 2 dünya kubokunun və 1 qran-prinin mərhələ yarışının qalibi, son Avropa çempionu, dünya çempionatının finalçısı olan Anna Baştaya qadın sablyaçıların şəxsi mübarizəsində dünya reytinqinin 1 nömrəsi olaraq xüsusi mükafat təqdim edilib.

Azərbaycandan daha öncə bu mükafata Yelena Jemayeva layiq görülüb.

Azərbaycan Qılıncoynatma Federasiyasını Konqresdə baş katib Vasif Məmmədov təmsil edib.

Oxşar xəbərlər

AQF rəhbərliyi İstanbulda - Konqresdə iştirak etdi
Anna Başta ən başda - Qızıl medal
Qılıncoynadanımız Afinada qızıl medal qazandı
Media mükafatlarının təqdimat mərasimi oldu - FOTO
Qılıncoynatma üzrə ölkə çempionatının qalibləri müəyyənləşdi

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər