reklam
Media mükafatlarının təqdimat mərasimi oldu -
Sportfm.az xəbər saytı

Media mükafatlarının təqdimat mərasimi oldu -FOTO


İsveçrənin Lozanna şəhərində Dünya İdman Jurnalistləri İttifaqının (AIPS) 82-ci konqresi və dünya idman media mükafatlarının (AIPS Sport Media Awards) təqdimat mərasimi təşkil edilib.

Sportfm.az xəbər verir ki, “AIPS Sport Media Awards” ötən il təsis edilib və yazı, audio, video, foto və jurnalist veb-bloqu nominasiyaları üzrə ilk qaliblər elan olunub. Hər kateqoriya üzrə ilk 3 yerə layiq görülənlərə müvafiq olaraq 8, 3 və 2 min ABŞ dolları mükafat təqdim edilib.

Mərasimdə Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax da iştirak edib.

Həm mükafatlandırma mərasimində, həm də konqresdə Azərbaycanı müşahidəçi qismində “İdman” qəzetinin baş redaktoru, Əməkdar jurnalist, AIPS-in üzvü Qabil Mehdiyev təmsil edir.

Konqres çərçivəsində tədbir iştirakçıları Lozannada Olimpiya muzeyi ilə tanış olacaqlar.

Tədbirə yanvarın 24-də yekun vurulacaq.

Oxşar xəbərlər

2 iyul - Beynəlxalq İdman Jurnalistləri Günü
Jurnalistlər polislərə qarşı - Yoldaşlıq görüşü
Vətən müharibəsində iştirak edən jurnalistlər mükafatlandırıldı - FOTO
"Bizdə yetərincə peşəkar idman jurnalistləri var" - Federasiya prezidenti
2 iyul - İdman Jurnalistikası Günüdür

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər