Qılıncoynadanımız Afinada qızıl medal qazandı
Yunanıstanın paytaxtı Afina şəhərində qılıncoynatmanın sablya növündə qadınların Düyan Kubokunda şəxsi yarışda qaliblər müəyyənləşib.
Sportfm.az xəbər verir ki, mübarizəyə əsas mərhələdən qoşulan sablya üzrə milli komandamızın lideri Anna Başta ilk görüşündə Selia Suensa Perezə (İspaniya) 15:8 hesabı ilə qalib gəlib. Başta ən güclü 16-lığa yüksəlmək uğrunda keçirilən görüşdə italiyalı Rebekka Qarqanonı 15:13 hesabı ilə məğlub edib. Növbəti mərhələdə Macarıstan idmançısı Renata Katonanı (15:13) mübarizədən kənarlaşdıran Anna yarımfinal uğrunda qarşılaşmada fransalı Sarah Noutça ilə üz-üzə gəlib.Rəqibi üzərində 15:11 hesablı qələbə qazanan qılıncoynadamız yarımfinalda polşalı Silvia Matuszaka 15:13 hesabı ilə qalib gəlib. Annanın finalda rəqibi ispan Lusia Martin-Portugues olub. Rəqibini 15:12 hesabı ilə məğlub edən Anna Başta cari mövsüm ardıcıl ikinci Dünya Kubokunun qalibi olub.
Sablyaçımız daha öncə Bolqarıstanın Plovdiv şəhərində keçirilən Dünya Kubokunun mərhələ yarışında qadın sablyaçıların şəxsi mübarizəsində qızıl medal qazanıb.
Oxşar xəbərlər
Yığmamız 8-ci oldu
İdmançımız Avropa çempionu oldu - UĞUR
Anna Başta ən başda - Qızıl medal
Başta Budapeştdə irəli gedir
Qılıncoynadanamız Avropa çempionu oldu - FOTO
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası