reklam
Qılıncoynatma üzrə ölkə çempionatının qalibləri müəyyənləşdi
Sportfm.az xəbər saytı

Qılıncoynatma üzrə ölkə çempionatının qalibləri müəyyənləşdi


Azərbaycan Texniki Universitetinin İdman Sarayında qılıncoynatma üzrə ölkə çempionatı keçirilib.

Sportfm.az xəbər verir ki, Azərbaycan Qılıncoynatma Federasiyasının (AQF) baş katibi Vasif Məmmədov iştirakçıları salamlayaraq, yarışları açıq elan edib.

Beynəlxalq Qılıncoynatma Federasiyasının müvafiq qaydalarına uyğun keçirilən çempionatda 73 idmançı sablya, rapira və şpaqa növlərində mübarizə aparıblar. Sablya növündə yarışda kişilərin mübarizəsində Abdulla Həsənov, qadınlar arasında isə Sevil Bünyatova qızıl medala sahib olublar. Rahim Əmirov və Məhin Məlikova rapira yarışlarında fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Şpaqa növündə isə Barat Quliyev və Elmira Xudaverdiyeva fərqləniblər.

Çempionatın qalibləri AQF tərəfindən diplom və hədiyyələrlə mükafatlandırılıb.

Oxşar xəbərlər

Azərbaycan birinciliyinin qalibləri məlum oldu
Valeriya qızıl medalı boynundan asdı - UĞUR
“Olimpiya ümidi” turnirinin qalibləri müəyyənləşdi
Bakı çempionatının qalibləri müəyyənləşdi - FOTO
Qılıncoynatma üzrə Azərbaycan çempionatının qalibləri bəlli oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər