Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Məşhur futbol meneceri dünyasını dəyişdi
Məşhur futbol meneceri Mino Rayola dünyasını dəyişib.
Sportfm.az xəbər verir ki, italiyan əsilli 54 yaşlı niderlandlı menecer xəstəlikdən vəfat edib.
Yanvar ayında Rayolanın Milanda təcili xəstəxanaya yerləşdirilməsi xəbəri yayılsa da, sonradan yaxınları bu şayiələri təkzib etmişdilər. Onlar “Mina narkozdan istifadə edərək adi tibbi müayinədən keçirdi. Bu rutin yoxlamadır, heç bir təcili müdaxilə olmayıb" - deyə bildirmişdilər.
Qeyd edək ki, Rayola Erlinq Haaland (Borussiya, Dortmund) və Pol Poqbanın ("Mançester Yunayted") meneceri idi. Həmçinin o, Canluici Donnarumma, Matteyis de Liqt ("Yuventus"), Zlatan İbrahimoviç ("Milan") kimi futbolçularla da işləyib.
Oxşar xəbərlər
Dünyasını dəyişmiş futbol meneceri ilə çalışan oyunçular - SİYAHI
Balotelli və meneceri məhkəməyə verildi
Poqbanın qiyməti qalxdı
Gənc qapıçı qərarı ilə "Milan"ı şoka saldı
Bu menecer Ronaldodan da çox qazanır
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası