Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Balotelli və meneceri məhkəməyə verildi
İtaliyanın "Breşiya" komandası futbolçusu Mario Balotelli və meneceri Mino Rayola ilə bağlı hüquqi addımlar atmağa hazırlaşır.
Sportfm.az xəbər verir ki, hər iki şəxsi yalan məlumat yaymaqda ittiham edən A Seriyası təmsilçisi onları məhkəməyə verəcəyini açıqlayıb.
Rayola 30 yaşlı hücumçunun koronavirus pandemiyası ilə bağlı fasilədən sonra komanda ilə birlikdə məşqlərdə iştirak etməməsini onun virus testindən keçirilməməsi ilə əlaqələndirib. İtaliya millisinin üzvü də sonradan məlumatı təsdiqləyib.
Breşiya təmsilçisi isə bu cür məlumatların klubun imicinə zərbə vurduğunu düşünür və onlarla bağlı məhkəməyə müraciət etməyə hazırlaşır.
Oxşar xəbərlər
Balotelli ilə danışıqlar başlandı - Braziliyada davam edəcək
“Boka Xuniors” “Barselona”nı məhkəməyə verəcək - Qaydalara əməl etmir
Balotelli yenə "boş oturmur" - Bu dəfə məşqlərə çıxmır
Balotelli "Qalatasaray"a gedir? - Transfer
Mino Rayola ilə işbirliyinə son verdi - "Napoli"də qaldığı üçün
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası