reklam
Azərbaycan yığması Daşkəndə yollandı -
Sportfm.az xəbər saytı

Azərbaycan yığması Daşkəndə yollandı -Avropa çempionatına hazırlıq


Parataekvondo üzrə Azərbaycan yığması qarşıdakı Avropa çempionatına hazırlığı davam etdirir.

Sportfm.az xəbər verir ki, Bakıda startı verilən təlim-məşqlərin ikinci mərhələsi Özbəkistan və Qazaxıstan millisi ilə bərabər keçiriləcək.

Daşkənd şəhərində təşkil olunan beynəlxalq təlim-məşlərdə komandamız beş idmançı ilə təmsil olunacaq. Baş məşqçi Fərid Tağızadə və böyük məşqçi Yaşar Səfərov heyətə Sabir Zeynalov, Sadiq Həmidov, İmaməddin Xəlilov, Əbülfəz Abuzərli və Röyalə Fətəliyevanı cəlb edib. Məşqlər aprelin 21-dək davam edəcək.

Avropa çempionatı 19-22 may tarixlərində Böyük Britaniyanın Mançester şəhərində keçiriləcək.

Oxşar xəbərlər

Millilərimizin qran-pri üçün heyəti - SİYAHI
Millimiz Göygölə gedəcək - Təlim-məşq toplanışı
Taekvondoçularla görüş keçirildi - FOTO
Millimizin heyəti açıqlandı - SİYAHI
Para taekvondoçularımız dünya çempionatına hazırlaşır

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər