reklam
Millilərimizin qran-pri üçün heyəti -
Sportfm.az xəbər saytı

Millilərimizin qran-pri üçün heyəti -SİYAHI


İngiltərənin Mançester şəhərində keçiriləcək taekvondo və parataekvondo üzrə qra-pridə iştirak edəcək Azərbaycan milli komandalarının heyətləri açıqlanıb.

Sportfm.az xəbər verir ki, oktyabrın 20-də baş tutacaq parataekvondoçuların mübarizəsində baş məşqçi Fərid Tağızadənin rəhbərliyi altında Röyalə Fətəliyeva (K44, 47 kq), Sabir Zeynalov (K44, 58 kq), İmaməddin Xəlilov (K44, 70 kq) və Əbülfəz Abuzərli (K44, 80 kq) qüvvəsini sınayacaq.

Taekvondoçuların yarışında isə Qaşım Maqomedov (58 kq) dayanq üzərinə çıxacaq. O, qran-priyə oktyabrın 19-da baş məşqçi Reza Mehmandostun rəhbərliyi altında yollanacaq. Taekvondoçular 21-23 oktyabrda mübarizə aparacaq.

Cavad Ağayev (68 kq) və Fəridə Əzizova (67 kq) dəvət alsalar da, zədə səbəbindən turnirdə iştirak edə bilməyəcəklər.

Mançesterdə döyüşləri idarə edəcək hakimlər sırasında beynəlxalq dərəcəli referi Aygün Abdullayeva da olacaq.

Oxşar xəbərlər

Millimizdə yeni baş məşqçi
Taekvondoçularımız lisenziya xarakterli turnirə qatılacaqlar
Avropa çempionatı üçün heyəti açıqlandı
Millimizin dünya çempionatı üçün heyəti açıqlandı
Azərbaycan taekvondoçuları Qran-priyə yollandı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər