Beynəlxalq Futvole Federasiyası ilk konfransını keçirdi -Tədbir
Beynəlxalq Futvole Federasiyası Zoom platforması üzərindən ilk onlayn konfransını gerçəkləşdirib.
Sportfm.az xəbər verir ki, ali qurumun prezidenti Vüsal Xəlilovun başçılıq etdiyi onlayn formatda təşkil edilən konfransda müxtəlif qitələrin futvole federasiyalarının rəhbərləri, məsul işçiləri iştirak edib.
Konfransada beynəlxalq federasiyanın strukturunun təsdiqi, vəzifə bölgüsü, turnirlərin proqramlarının təşkili, dünya çempionatının nizamnaməsi, 2022-ci ilin yarış qrafiki müzakirə edilib.
Həmçinin iştirakçılar dünyada futvolenin hazırki vəziyyəti, müxtəlif layihələr, görüləcək işlər, inkişaf pespektivləri haqqında da söhbət açıblar.
Onlayn şəkildə tədbirdə iştirak edən rəsmilər fərqli istiqamətlərdə öz təkliflərini irəli sürməklə yanaşı, Beynəlxalq Federasiyanın reqlament və qaydalarına uyğun olaraq işlərini tənzimləyəcəklərinə dair açıqlama veriblər.
Oxşar xəbərlər
Dubayda Dünya Çempionatının seçmə mərhələ turniri start götürdü - FOTO
Beynəlxalq federasiyanın prezidenti Rio de Janeyroda ilk görüşünü keçirdi
ABŞ futvolesi böyük ailənin üzvü olacaq - Onlayn müzakirə
Azərbaycan Futnet Federasiyası hesabat konfransını keçirdi - Qaliblər məlum oldu
Vüsal Xəlilov: "Hamımız bir bayraq altında birləşməliyik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası