Vüsal Xəlilov:"Hamımız bir bayraq altında birləşməliyik"
Xəbər verdiyimiz kimi 12 dekabrda Rusiyanın paytaxtı Moskvada futvole üzrə beynəlxalq turnir başa çatıb.
Sportfm.az xəbər verir ki, 5 dənizin limanında qələbəni İtaliya yığması bayram edib. Effektiv oyunla bütün rəqiblərini arxada qoyan italiyalılar bir daha Avropada bu idman növü üzrə ən yaxşılardan biri olduqlarını sübuta yetiriblər.
Moskvadakı "Leto" İdman Kompleksində keçirilən yarışı Beynəlxalq Futvole Federasiyasının prezidenti Vüsal Xəlilov da tribunadan izləyib.

Bütün qarşılaşmalarını seyr edən beynəlxalq qurumun rəsmisi turnirin gedişində Rusiya çimərlik idman növləri üzrə dövlət komitəsinin rəhbəri İlya Volodarski ilə də görüşüb.

Səmərəli keçən müzakirələr zamanı gələcək əməkdaşlıq, futvole idman növünün inkişafı, birgə təşkilatçılıq, müxtəlif seminarlar, beynəlxalq turnirlər barədə ilkin razılığa gəlinib.
Volodarski ilə görüşdə Vüsal Xəlilov qısa zaman kəsiyində futvolenin və futtennisin Azərbaycanda keçdiyi inkişaf yolundan bəhs edib. Üstəlik tezliklə dünyada olan və bu idman növlərini əhatə edən qurumların Beynəlxalq Futvole Federasiyası bayrağı altında birləşmələrinin vacibliyindən danışıb.
Tezliklə Azərbaycanda teqball idman növünün yaradılması və inkişaf etdirilməsi üçün yerli federasiyanın artıq işlərə başladığını qeyd edən Xəlilov yaxın zamanda ölkəmizdə ilk yarışın təşkili üçün çalışdıqlarını bildirib.
Səfər çərçivəsində Moskvaya səfər edən Avropa və Cənubi Amerika ölkələrinin federasiya nümayəndələri ilə də söhbətlər aparan Beynəlxalq Futvole Federasiyasının rəhbər şəxsi yaxın zamanlarda dünyada baş tutacaq bütün yarışlar üçün vahid reqlamentin tərtib və tətbiq ediləcəyini də xüsusi vurğulayıb.
Qeyd edək ki, Moskvada 2 gün davam edən turnirdə 16 komanda mübarizə aparıb.
Oxşar xəbərlər
Rusiyalı assosiasiya prezidenti Bakıya gəldi - FOTOLAR
“Futvole Azərbaycanda populyarlaşacaq” - Dəvət
Beynəlxalq federasiyanın prezidenti Rio de Janeyroda ilk görüşünü keçirdi
ABŞ futvolesi böyük ailənin üzvü olacaq - Onlayn müzakirə
Kiyevdə Beynəlxalq Turnir keçiriləcək - "Biz çalışırıq, çalışırıq ki, Azərbaycanın bayrağını dalğalandıraq"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası