reklam
Millimiz Haiti yığmasına məğlub oldu -
Sportfm.az xəbər saytı

Millimiz Haiti yığmasına məğlub oldu -Dünya çempionatı


Azərbaycan millisi Bakıda təşkil olunan U-15 dünya çempionatı və festivalında Haiti yığmasına məğlub olub.

Sportfm.az xəbər verir ki, Famil Xəlilovun baş məşqçi olduğu komanda rəqibinə 0:4 hesabı ilə uduzub.

Xatırladaq ki, U-15 millimiz yer aldığı AF qrupunda daha əvvəl keçirdiyi görüşlərdə Timor-Leste yığmasını 6:0, Andorranı 1:0, İsraili 3:1 hesabı ilə məğlub edib. Komanda Avstraliya millisinə isə məğlub olub – 1:3.

Bununla da yığma qrupunu 9 xalla üçüncü pillədə başa vurub.

Turnirdə dünyanın 189 ölkəsindən FIFA-ya üzv assosiasiyaları təmsil edən komandalar iştirak edirlər. Çempionat çərçivəsində 1000-ə yaxın oyun baş tutacaq.

Oktyabrın 30-da başa çatacaq U-15 dünya çempionatı Hövsan Yarış Kompleksində keçirilir. Turnirin final görüşü Bakı Kristal Zalında gerçəkləşəcək.

Oxşar xəbərlər

Azərbaycan millisi İsraili məğlub etdi - FIFA U-15 dünya çempionatı
Azərbaycan yığması daha 2 oyuna çıxacaq - FİFA U-15
Hövsan FIFA U-15 dünya çempionatına tam hazırdır
Venger Hövsan Yarış Kompleksinə baş çəkdi
Dünya çempionatı və festivalının detalları məlum oldu

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər