Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
"İndiyə qədər heç bir stadionda tribunaların belə təzyiqini görməmişdim" -Etiraf
"Barselona"nın yarımmüdafiəçisi Pedri Avropa Liqasının 1/8 finalında "Qalatasaray" üzərində səfər qələbəsindən sonra fikirlərini bildirib.
Sportfm.az xəbər verir ki, Pedri stadiondakı ab-havadan təəccübləndiyini deyib.
İnanılmaz təzyiq hiss etdiyini etiraf edib:“Camp Nou”da qolsuz heç-heçə olacağını gözləmirdik. Belə nəticədən sonra İstanbulda çətin olacağını bilirdik.
İndiyə qədər heç bir stadionda tribunaların belə təzyiqini görməmişdim, belə ab-havada oynamamışdım.
Vurduğum qol? Əvvəlcə var gücümlə zərbə vurmağı düşündüm, amma sonra fint edib önümü açdım.
Yadımda qalan budur. Bəxtim onda gətirir ki, meydanda çox düşünməli olmuram, sanki hər şey öz-özünə alınır”.
Oxşar xəbərlər
“Nəticənin belə olacağını gözləmirdik” - Kamran İbrahimov
"Mən ömrümdə belə şey görməmişdim" - Azarkeş
"Biz “Barselona”yıq” - Arturo Vidal
Sənan Qurbanov: "Belə az əlavə vaxt olacağını gözləmirdik"
Elxan Abdullayev: "Ağır oyun olacağını bilirdik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin













Misli Premyer Liqası