Sportfm.az xəbər saytı
Sportfm.az xəbər saytı
Elxan Abdullayev: "Ağır oyun olacağını bilirdik"
Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, "Neftçi”nin baş məşqçisi Elxan Abdullayev Azərbaycan Kubokunda 1/4 final mərhələsinin "Zirə” klubu ilə cavab oyunundan sonra fikirlərini bildirib: "Ağır oyun olacağını bilirdik. Bununla belə, istəyimizə nail olub, yarımfinala yüksəldik. Bu bizim üçün çox vacib idi. Komandamızın üzvlərini təbrik edirəm. Bilirdim ki, iki oyunun nəticəsinə görə mərhələni biz adlayacağıq, amma futbolçuların arxayınlaşmaması üçün onlara demişdim ki, sona qədər mübarizə aparmaq lazımdır. O ki qaldı "Zirə”nin 4 qol vurub mərhələ adlamasına, rəqibimiz indiyə qədər hansı komandaya 4 qol vurub ki, bizə də vursun?!”
Oxşar xəbərlər
Elxan Abdullayev: "Bilirdik ki, bizi çətin oyun gözləyir"
Elxan Abdullayev: "Bu haqda danışmaq istəmirəm"
Elxan Abdullayev:"Oyun oyuna oxşamadı"
Qurban Qurbanov: "Bu gün futbolçularımın istəkli olması vacib idi"
Qurban Qurbanov: "Fiorentina"ya qarşı layiqli oyun göstərdik"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası