Sənan Qurbanov: "Belə az əlavə vaxt olacağını gözləmirdik"
Azərbaycan Premyer Liqasında XVII turun “Qarabağ” – “Qəbələ” (2:1) oyunundan sonar təşkil olunan mətbuat konfransında qonaq komandanın baş məşqçisi Sənan Qurbanov jurnalistlərin suallarını cavablandırıb.
Sportfm.az xəbər verir ki, 39 yaşlı mütəxəssis əvvəlcə matç barədə fikirlərini bildirib:
- Uşaqların peşəkarlığı bizi sevindirir. Bu yarışda xarakter göstərmək lazımdı. Futbolçulara bunu aşılamaq istəyirik. Elə məğlubiyyətlər var ki, qələbəyə bərabərdi. Soyunub-geyinmə otağında futbolçuları təbrik etdik. Qələbəyə bərabər məğlubiyyət oldu. Uduzsaq belə, “Qarabağ” kimi komandaya qarşı yaxşı çıxış etdik.
- Qələbə və ya 1 xal üçün nə çatışmadı?
- Son nöqtəni qoymaqda çətinlik çəkdik. Futbolçulara zərbə vurmağı tapşırmışdıq, ancaq çalışdılar ki, daha çox ötürmə etsinlər. Qarşıdakı matçlarda daha çox zərbə endirməyə çalışacağıq.
- Asif Məmmədovu meydana gec buraxmadız?
- Belə az əlavə vaxt olacağını gözləmirdik. 7-8 dəqiqə ehtimal edirdik. Davit bir qədər nasaz idi. Asif meydana çıxanda bildik ki, 3 dəqiqə əlavə edilib.
- Kobudluq bir qədər çox idi oyunda...
- Futbol aqressiya oyunudu. Ancaq əlbəttə hər şey qaydalar çərçivəsində olmalıdı. Futbolçu epizoda, rəqibinə yaxın mövqe seçməlidi. Mübarizə varsa, kobudluq da, kartlar da normaldı.(sportal.az)
Oxşar xəbərlər
"Amin Seydiyev, Bəhlul Mustafazadə, Rauf Əliyev və digər futbolçularımız millidə oynamağa layiqdirlər" - Sənan Qurbanov
Aftandil Hacıyev: "Planımız belə idi"
Qurban Qurbanov: "Rəqiblərin nəticələrini də düşünürük"
"Əliyev ehtiyatdan oyuna çox fəal daxil oldu” - Sənan Qurbanov
Sənan Qurbanov:"Bizim üçün vacib futbolçudu"
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası