reklam
Ronaldonun yerə atdığı kapitanlıq sarğısı rekord qiymətə satıldı -
Sportfm.az xəbər saytı

Ronaldonun yerə atdığı kapitanlıq sarğısı rekord qiymətə satıldı -64 min avro


Futbol üzrə Portuqaliya milli komandasının kapitanı Kriştiano Ronaldonun Serbiya ilə oyunda yerə çırpdığı kapitanlıq sarğısı xeyriyyə auksionunda satılıb.

Sportfm.az xəbər verir ki, DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində baş tutan həmin oyunun (2:2) sonlarında Ronaldo, təmiz qolu sayılmadığı üçün hakimə etiraz əlaməti olaraq kapitanlıq sarğısını yerə çırpmışdı. 

Ronaldonun yerə atdığı kapitanlıq sarğısı stadionun işçilərindən birinə – Corce Vukiçeviçə qismət olub. O, həmin sarğını internetdə auksiona çıxarıb və  64 min avroya (7 milyon 500 min Serbiya dinarı) satıb. Əldə olunacaq gəlir onurğasında problem olan 6 aylıq serbiyalı körpənin – Qavril Curceviçin müalicəsinə sərf ediləcək. 

Oxşar xəbərlər

“Ronaldonun son üç ildə özü olmadığını etiraf etməyə cəsarəti çatmır" - AĞIR SÖZLƏR
"Qarabağ"ın yeni kapitanı bəlli oldu
Milan klubuna ultimatum göndərdi - FOTO
Yığmamızın qapıçısı Premyer Liqa klubunun kapitanı oldu
"Borussiya"da yeni kapitan

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər