reklam
Qurban Qurbanov:
Sportfm.az xəbər saytı

Qurban Qurbanov: "Fiorentina"ya qarşı layiqli oyun göstərdik"


"Qarabağ" Avropa Liqasının qrup mərhələsinin VI turunda "Fiorentina"ya 1:2 hesabıyla məğlub olub. Sportfm.az klubun rəsmi saytına istinadən xəbər verir ki, komandanın baş məşqçisi oyunsonrası mətbuat konfransında öz fikirlərini bildirib: "Bizim üçün vacib oyun idi. Futbolçuların hər birinə "sağ ol” deyirəm. Məğlub olsaq da, qalib gəlmək üçün çalışdıq. "Fiorentina”ya qarşı oynamaq asan deyildi. Futbolçuları topla çox yaxşı davranırlar. Sadə qollar buraxdıq. Düşünürəm ki, "Fiorentina”ya qarşı layiqli oyun göstərdik. Bəzən biz də rəqibi topsuz qoyurduq və bu onlara çətinlik yaradırdı. Bu cür havada bizi dəstəkləməyə gələn azarkeşlərə minnətdaram. Sona qədər bizlə oldular. "Fiorentina"ya da uğurlar arzu edirəm. Bu komandanın oyununa baxmaq maraqlıdır. Gələcəkdə də bu komandaya azarkeşlik edəcəm".

Oxşar xəbərlər

Qurban Qurbanov: "Vacib qələbə qazandıq"
Qurban Qurbanov: "Mübarizədən qaçmırıq"
Qurban Qurbanov: "Bütün diqqətimizi son görüşə yönəldəcəyik"
Qurban Qurbanov: "Çox yaxşı komandaya qalib gəldik və şanslarımızı artırdıq"
Qurban Qurbanov: "Futbolda bəzən istəmədiyin, düşünmədiyin nəticələr olur"

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər