Şahmatçılarımızın yeni mövqeyi açıqlandı -FIDE reytinqi
Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.
Sportfm.az xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın bir təmsilçisi yer alıb.
Dünya Kubokunun qalibi Teymur Rəcəbov 9-cu pillədəki yerini qoruyub. Onun aktivində 2 765 xal var.
Şəhriyar Məmmədyarov isə 2 764 xalla 11-ci yerdə qalıb.
Qədir Hüseynov (2 665) 72-ci, Nicat Abbasov (2 664) 74-cü pillədə yer alıb. 2 654 xalı olan Rauf Məmmədov 2 pillə geriləyərək 91-ci sıraya enib.
Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2 863 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2 835 xalla 2-ci, çinli Dinq Liren 2 791 xalla 3-cüdür.
Qadınlardan Günay Məmmədzadə 2 443 xalla 29-cu pillədəki mövqeyini qoruyub. 2 382 xala malik Gülnar Məmmədova 1 pillə irəliləyərək 75-ci sıraya yüksəlib. 2 376 xalı olan Xanım Balacayeva də 1 pilləlik irəliləyişlə əvvəlki mövqeyini (85) geri qaytarıb.
Oxşar xəbərlər
Şahmatçılarımızın FIDE reytinqi - İlk 10-luqda
Şəhriyar Məmmədyarov 1 pillə gerilədi - FIDE reytinqi
Şahmatçılarımızın yeni mövqeyi məlum oldu - FIDE reytinqi
Rəcəbovla Məmmədyarov mövqeyini qorudu FIDE reytinq siyahısını açıqladı
Şahmatçılarımız mövqeyini dəyişmədi - FIDE reytinqində
Ən son xəbərləri bizim
"Facebook" səhifəmizdə izləyin















Misli Premyer Liqası