reklam
Şahmatçılarımızın yeni mövqeyi məlum oldu -
Sportfm.az xəbər saytı

Şahmatçılarımızın yeni mövqeyi məlum oldu -FIDE reytinqi


Beynəlxalq Şahmat Federasiyası (FIDE) yeni reytinq siyahısını açıqlayıb.

Sportfm.az xəbər verir ki, Dünya Kubokunun qalibi Teymur Rəcəbov 9-cu pillədəki yerini qoruyub. Onun aktivində 2 765 xal var.

Şəhriyar Məmmədyarov isə 2 764 xalla 11-ci yerdə qalıb. Qədir Hüseynov bir pillə irəliləyərək 2665 xalla 71-ci olub. Nicat Abbasov da bir pillə irəliləyib və 73-cü sırada qərarlaşıb.  2 654 xalı olan Rauf Məmmədov isə 90 - 93-cü yerləri bölüşür.  

Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2 863 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2 835 xalla 2-ci, çinli Dinq Liren 2 791 xalla 3-cüdür.

Qadınlardan Günay Məmmədzadə 2 443 xalla 29-cu pillədəki mövqeyini qoruyub. 2 382 xala malik Gülnar Məmmədova 75-ci yerdə qalıb. 2 376 xalı olan Xanım Balacayeva isə yenə 85-cidir. 

Oxşar xəbərlər

Şahmatçılarımızın FIDE reytinqi - İlk 10-luqda
Şahmatçılarımızın yeni mövqeyi açıqlandı - FIDE reytinqi
Azərbaycan şahmatçılarının yeni mövqeyi məlum oldu
Rəcəbovla Məmmədyarov mövqeyini qorudu FIDE reytinq siyahısını açıqladı
Şahmatçılarımız mövqeyini dəyişmədi - FIDE reytinqində

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər