reklam
Şahmatçılarımız mövqeyini dəyişmədi -
Sportfm.az xəbər saytı

Şahmatçılarımız mövqeyini dəyişmədi -FIDE reytinqində


Beynəlxalq Şahmat Federasiyası (FIDE) mart ayı üçün reytinq siyahısını açıqlayıb.

Sportfm.az xəbər verir ki, ilk "10-luq"da Azərbaycanın bir təmsilçisi yer alıb.

Koronavirus pandemiyasına görə İddiaçılar Turnirindən imtina edən Dünya Kubokunun qalibi Teymur Rəcəbov 9-cu pillədəki yerini qoruyub. Onun aktivində 2 765 xal var.

Şəhriyar Məmmədyarov isə 2764 xalla 11-ci yerdə qalıb.

Qədir Hüseynov (2665) 72-ci, Nicat Abbasov (2670) 74-cü pillədə yer alıb. 2 654 xalı olan Rauf Məmmədov 1 pillə irəliləyərək 90-cı sıraya yüksəlib.

Siyahıya yenə norveçli dünya çempionu Maqnus Karlsen 2 863 xalla başçılıq edir. ABŞ təmsilçisi Fabiano Karuana 2 835 xalla 2-ci, çinli Dinq Liren 2 791 xalla 3-cüdür.

Qadınlardan Günay Məmmədzadə 2 443 xalla 29-cu pillədəki mövqeyini qoruyub. 2 382 xala malik Gülnar Məmmədova 77-ci, 2 376 xalı olan Xanım Balacayeva isə 86-cı sırada qalıb.

Oxşar xəbərlər

Məmmədyarovla Rəcəbov mövqeyini dəyişmədi - FİDE reytinqi
Şahmatçılarımızın yeni mövqeyi məlum oldu - FIDE reytinqi
Şahmatçılarımızın yeni mövqeyi açıqlandı - FIDE reytinqi
Azərbaycan şahmatçılarının yeni mövqeyi məlum oldu
Rəcəbovla Məmmədyarov mövqeyini qorudu FIDE reytinq siyahısını açıqladı

Ən son xəbərləri bizim

"Facebook" səhifəmizdə izləyin

Digər xəbərlər